Yaponiyalı alim Azərbaycanın Neolit dövrünə aid obsidian alətlərini tədqiq edir
Yaponiyanın Tokio Universitetinin daş emalı texnologiyası üzrə ixtisaslaşmış tədqiqatçısı Fumika İkeyama Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji fondunda saxlanılan, Azərbaycanın Neolit dövrü məskənlərinə aid aşkar edilmiş obsidiandan (dəvəgözü, maqmatik dağ süxuru, vulkanik şüşənin bir növü) hazırlanmış çoxsaylı alətlərin trassoloji analizini aparıb.
İnstitutdan bildiriblər ki, tədqiqatın əsas məqsədi Azərbaycan ərazisində Neolit dövrünə aid daş alətlərin (kəsicilər və qaşovlar) hazırlanma texnologiyasının öyrənilməsi, istər Cənubi Qafqaz, istərsə də Ön Asiya ərazisində Neolit daş emalı texnologiyalarının oxşar və fərqli cəhətlərinin aşkar edilməsidir.
Tədqiqata əsasən Göytəpə, Hacıələmxanlı və Damcılı abidələrindən tapılmış materiallar cəlb edilib.
Xatırladaq ki, F.İkeyama bu ilin iyul-avqust aylarında Avey dağının şərq ətəyində yerləşən Damcılı düşərgəsində tədqiqat aparan Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının iştirakçılarından biri olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət