Yaponiyalı 7 alim İslam dinini necə seçdi
Yaponiyalı bir tədqiqat qrupu əldə etdikləri araşdırmanın nəticələrinin Qurani-Kərimdə əvvəlcədən bəyan olunduğunu öyrənən kimi müsəlman olmağa qərar verdilər.
Deyerler.org Hurseda-ya istinadən xəbər verir ki, yaponiyalı 7 alimin müsəlman olma hekayəsi bir protein maddəsini araşdırmaqla başladı.
Bu maddə çox az bir miqdarda insan və heyvanların beynində hasil olmaqdadır. Kükürdlə dolu olaraq, hasil olan bu maddə dəmir və fosforla qarışabilmə xüsusiyyətinə malikdir. İnsan orqanizmi üçün böyük əhəmiyyət kəsb edən bu maddə nisbətən xaolesterinin düşməsinə səbəb olur, həmçinin ürəyi gücləndirir və nəfəsin tənzimlənməsi üçün faydalıdır.
İnsanda 15 yaşından sonra hasil olmağa başlayan bu maddə 35 yaşına qədər artır və 60 yaşında isə azalmağa doğru gedir. Bu səbəblə bu maddə insan beynində rahat əldə olunan maddə deyil. Bundan başqa bu maddə heyvanlarda daha az tapılır.
Yaponiyalı 7 alim bitkilər arasında qocalmanın səbəblərini azaldan bu maddə barədə araşdırma aparmağa başladılar və bu maddəni Qurani-Kərimin “Ət-Tin və Əz-Zeytun” kimi adlandırdığı əncir və zeytunda aşkar etdilər.
Araşdırmaların nəticəsində əncir və zeytunun tək başına insanın sağlamlığı üçün kifayət etmədiyi, əslində hər ikisinin qarışdırılaraq istehlakının bu faydanı təmin etdiyi ortaya çıxıb. Həmin yaponiyalı alimlər hesab edir ki, faydalı üsul 1 əncir ilə 7 zeytunun istehlakındadır.
Əl-Əzhər universitetində şəfalı bitkilər və darmanlar üzrə professor Taha İbrahim Qurani-Kərimdə zeytun kəlməsinin 6 dəfə aydın bir şəkildə, bir dəfə də “Muminun” surəsində işarəvi olaraq keçdiyini, əncir kəlməsinin isə 1 dəfə zikr olunduğunu deyib. Bundan başqa, Qurani-Kərimdən topladığı bütün məlumatları yaponiyalı tədqiqatçı qrupa göndərib. Bu alimlər həmin məlumatları dəqiqləşdirdikdən sonra İslam dinini qəbul etməyə qərar veriblər.
Qocalmanı gecikdirmək üçün araşdırma aparan yaponiyalı 7 alim isə, necə müsəlman olduqlarını belə qeyd ediblər: “Apardığımız araşdırmaların nəticəsində təbii yollarla qocalmanı gecikdirmək üçün zeytun və əncirin istifadə oluna biləcəcəyini kəşf etdik. Sınaqdan keçirdiyimiz bir sıra formulalarda gördük ki, 7 zeytun və 1 əncir nisbətini istifadə edərək, hazırladığımız gellər qocalmanı gecikdirirdi. Quranda da zeytun və əncirin gəncliyə bir çox faydasının olduğu yazılırdı. Bundan başqa, əncir kəlməsi 1, zeytun kəlməsi isə 7 dəfə zikr olunmuşdur...! Bunun təsadüf olmasının mümkün olmadığı üçün İslam dinini seçdik. Ali bir varlığı daxilimizdə hiss etdik. Ona Allah deyirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət