Dərc edildi: Baxış sayı: 526
Yaponiyadakı atəşfəşanlıq festivalından rəngarəng görüntülər
Yaponiyada ənənəvi atəşfəşanlıq festivalı keçirilib. “Qafqazinfo” “News On Japan”a istinadən xəbər verir ki, istirahət günlərində Tokioda Sumida çayı boyunca havaya 20 minə yaxın fişəng buraxılıb.
Bu il fişənglərlə səmada 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunları ilə bağlı obrazlar yaradılıb.
Minlərlə insan baş verənləri heyrətlə seyr edib, müxtəlif fotolar çəkib. Festival yarım saat davam edib.
Qeyd edək ki, Yaponiyada atəşfəşanlıq festivalı hər il iyulun son şənbə günü keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət