Slimfit
  1. DÜNYA

Yaponiyada zəlzələdən sonra adanın ərazisi böyüyüb

Yaponiyada zəlzələdən sonra adanın ərazisi böyüyüb
Sakura

Yaponiyada zəlzələdən sonra adanın ərazisi böyüyüb

Yaponiyanın Honsyu adasındakı Noto yarımadasının ərazisi yanvarın 1-də baş verən zəlzələ nəticəsində 4,4 kv.km artıb.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu Yaponiya Coğrafiya Cəmiyyəti və Tokio Universitetinin Seysmologiya İnstitutunun apardığı araşdırmalar nəticəsində məlum olub.

Araşdırmaya görə, dəniz dibinin yüksəlməsi bölgənin sahil xəttinin bəzi yerlərdə 250 metr şimala doğru irəliləməsinə səbəb olub. Bunun üçün mütəxəssislər tərəfindən yerində ölçmə aparılıb, həmçinin adanın kosmosdan çəkilmiş şəkilləri təhlil edilib.

Yerli sakinlərin ifadəsinə görə, dibin qalxması demək olar ki, zəlzələ ilə eyni vaxtda baş verib. Bəzi yerlərdə bu, təbii dalğaqıranların yaranmasına və zəlzələnin yaratdığı 3-5 metrlik sunaminin potensial dağıdıcı təsirinin azalmasına səbəb olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR