Dərc edildi: Baxış sayı: 486
Yaponiyada turistləri tərbiyə edəcəklər
Yaponiyada turistləri yaxşı və düzgün davranışlara necə öyrətməyin qeyri-adi yolunu tapıblar. “News On Japan” qəzeti bu haqda yazıb.
Bizimyol.info xəbər verir ki, yaponlar ölkəyə gələn turistləri tərbiyə etmək qərarına gəliblər. Görünür, dünyanın ən mədəni xalqlarından biri bura təşrif buyuranların davranışından razı qalmır.
Əvvəlcə Kyoto şəhərində bu işə başlamağı düşünürlər. Səyahətçilər Yaponiyada qəbul edilən ədəb və tərbiyənin əsas qaydaları haqda həm ingilis, həm də çin dilində danışan xüsusi tətbiq proqramını yükləyə biləcəklər. Burada bütün məlumatlar yer alıb, istənilən qayda müfəssəl izah olunur.
Hər şey yerli sakinlərin şikayətindən sonra başlayıb. Onlar turistlərin özünü adekvat aparmamasına görə bələdiyyələrə müraciət edib. Üstəlik, yaponları turistlərin geyşaların fotolarını çəkməsi çox qıcıqlandırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət