Slimfit
  1. MARAQLI

Yaponiyada işçilərin iş saatlarında yatmaları üçün xüsusi otaqlar hazırlandı

Yaponiyada işçilərin iş saatlarında yatmaları üçün xüsusi otaqlar hazırlandı
Sakura

Yaponiyada işçilərin iş saatlarında yatmaları üçün xüsusi otaqlar hazırlandı

Yaponiyada iş yerləri yuxusuz çalışanların daha çox ziyana yol verdikləri üçün işçilərin gün ərzində dincəlməsini işin bir parçası kimi görərək onların rahat yatması üçün səs keçirməyən xüsusi otaqlar hazırlayıb. 
 
Moderator.az xəbər verir ki, ilk olaraq kiçik firmalarda başlanan bu qayda getdikcə daha çox şirkətə yayılıb və hər sahibkar bu qaydaya əməl etməyi qarşısına məqsəd qoyub. 
 
Ötən il "Nextbeat" adlı bir şirkət Tokiodakı mərkəzində biri kişilərə, digəri də qadınlara aid olan iki yuxu otağı hazırlayıb. Otaqlar kənardan səs gəlməyəcək şəkildə hazırlanıb və yataqlar qoyulub. Yuxu gətirən çayların dəmləndiyi otaqlara kompyuter və mobil telefonla girmək də qadağan olunub. 
 
Bir başqa firma da iş yerində çox qalmadan evinə gedib yatan işçilərinə əlavə pul ödəyir. 28 ölkədə aparılan bir araşdırmaya görə, Yaponların ortalama yuxusu gün ərzində 6 saat 35 dəqiqədir. Bu səbəblə də gün ərzində yorğun olurlar. Araşdırmalar 20 yaşdan yuxarı 100 yapondan 92-nin yuxusunu tam almadığını göstərir.
 
İşçilərinə qanuni olaraq yuxu icazəsi verməyə hazırlaşan şirkətlərdə hələ yuxu otaqları hazır olmasa da yorğun və yuxusuz işçilər oturduqları yerdə yuxulayır. 
 
Yuxusuzluq səbəbi ilə ölkə büdcəsinin zərərə uğraması hökuməti də hərəkətə keçirib. Yaponiya səhiyyə nazirliyi bütün işçilərin günortadan sonra 30 dəqiqəlik rahat bir yuxu yatmasının həm işçilər, həm də iş yerləri üçün faydalı olduğunu bildirib. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR