Yaponiyada ABŞ hərbi bazaları üzərində dronların uçuşu qadağan ediləcək
Yaponiya höküməti ABŞ-ın hərbi bazaları və Yaponiya özünümüdafiə qüvvələrinin yerləşdiyi ərazilərdə pilotsuz uçan aparatların uçuşunu tamamilə qadağan etmək niyyətindədir.
ONA TASS-a istinadən xəbər verir ki, müvafiq qanun layihəsi bu gün hökümət tərəfindən təsdiqlənib.
Bildirilir ki, qanun layihəsi parlamentə göndəriləcək.
Qanunun əhatə dairəsinə həmçinin idman obyektləri də düşəcək. Qanun layihəsinin yaxın zamanlarda təsdiqlənməsi və Yaponiyada payızda keçiriləcək Reqbi üzrə Dünya Kubokundan öncə qüvvəyə minməsi gözlənilir.
Yaponiya höküməti pilotsuz uçan aparatların hərbi bazalardan və idman obyektlərindən 300 metr radiusda uçuşunu qadan etməyi zəruri hesab edir.
Qeyd edək ki, baş nazirin ofisi, parlament binası və İmperator sarayı ətrafında dronların uçuşu artıq qadağan edilib. Bu qaydanı pozanları 500 min yuan (4,5 min dollar) məbləğində cərimə və ya 1 il həbs cəzası gözləyir.
Yaponiya Nəşriyyatçılar və Baş Redaktorlar Assosiasiyası artıq bu yeni dəyişikliklərə qarşı çıxış edib. Onlar hesab edir ki, bu əlavə tədbirlər jurnalistlərin fəaliyyətində ciddi məhdudiyyətlər yaradacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət