Slimfit
  1. DÜNYA

Yaponiya xaricdə ilk daimi bazasını açır – Çinə qarşı

Yaponiya xaricdə ilk daimi bazasını açır – Çinə qarşı
Sakura

Yaponiya hökuməti Cibutidə özünün xaricdəki ilk daimi hərbi bazasını yaratmağı planlaşdırır

Yaponiya hökuməti Cibutidə özünün xaricdəki ilk daimi hərbi bazasını yaratmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın “Sankei Şimbun” qəzeti yayıb. Məlumata görə, Tokio bu bazanı Çinə müqavimət göstərmək üçün istifadə etmək istəyir:

“Çin regionda mövcudluğunu daha da genişləndirməyi hədəfləyir. Belə ki, bu ərazilər Şərqi Asiyadan Avropaya gedən strateji cəhətdən vacib dəniz yollarının üzərində yerləşir. Hələlik Yaponiyanın Cibutidə müvəqqəti bazası var, amma Tokio bu bazanı daimiləşdirmək istəyir”.

Qeyd edək ki, Cibutidə hazırda eyni anda bir neçə ölkənin hərbi bazası mövcuddur. Bu bazalar Somali quldurları ilə mübarizə və dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi üçün bu ərazidə yerləşiblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR