Slimfit
  1. DÜNYA

Yaponiya şirkətləri İran neftinin idxalını dayandırmağı planlaşdırırlar

Yaponiya şirkətləri İran neftinin idxalını dayandırmağı planlaşdırırlar
Sakura

Yaponiya şirkətləri İran neftinin idxalını dayandırmağı planlaşdırırlar

Yaponiyanın topdan neft ticarəti ilə məşğul olan şirkətləri ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla əlaqədar maydan başlayaraq bu ölkədən xam neft alınmasını yenidən dayandırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya KİV-ləri məlumat yayıb. Bildirilir ki, ötən ilin noyabrında ABŞ İrana qarşı xam neftin ixracı da daxil olmaqla iqtisadi sanksiyaların tətbiqini bərpa edib. Buna baxmayaraq, Yaponiya və bir sıra digər ölkələr üçün cari ilin mayınadək istisnalar tətbiq edilmişdi. Bundan sonra Yaponiyanın xam neft ticarəti ilə məşğul olan “JXTG Holdings”, “Cosmo Energy Holdings” və digər şirkətləri cari ilin əvvəllərinədək İran neftinin idxalını bərpa etmişdilər.

Hazırda həmin məsələ ilə əlaqədar Yaponiya və ABŞ hökumətləri arasında danışıqlar dalana dirəndiyinə görə, bu istisnanın müddətinin uzadılacağı ehtimal olunmur.

 

Vüqar Ağayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR