Slimfit
  1. KOSMOS

Yaponiya şirkəti 2023-cü ilədək kosmosa kommersiya uçuşları həyata keçirməyi planlaşdırır

Yaponiya şirkəti 2023-cü ilədək kosmosa kommersiya uçuşları həyata keçirməyi planlaşdırır
Sakura

Yaponiya şirkəti 2023-cü ilədək kosmosa kommersiya uçuşları həyata keçirməyi planlaşdırır

Yaponiyanın “PD AeroSpace” şirkəti turistləri kommersiya əsasında kosmosa aparacaq çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş kosmik gəmi üzərində işləyir. “Kyodo” agentliyi yazır ki, şirkət 2023-cü ilədək kosmik turizm proqramını həyata keçirməyi planlaşdırır.
 
ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, sözügedən şirkət tərəfindən hazırlanmaqda olan və öz formasına görə təyyarəni xatırladan kosmik gəmi sərnişinləri 110 km hündürlüyə  qaldırmaq qabiliyyətinə malik olacaq. Kosmik gəmi öz bortunda 6 sərnişin və iki pilot daşıya bilər. Biletin qiyməti təxminən 153 min dollar təşkil edəcək.
 
Şirkətin mütəxəssisləri artıq gələcək kosmik gəminin prototipini sınaqdan keçirirlər. Kosmosda qısa müddət vaxt keçirilməsinə baxmayaraq, sərnişinlər çəkisizlik halını hiss edə və Yer kürəsini kənardan izləyə biləcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR