Slimfit
  1. DÜNYA

Yaponiya Şərqi Çin dənizində patrul xidməti üçün pilotsuz helikopterlər alacaq

Yaponiya Şərqi Çin dənizində patrul xidməti üçün pilotsuz helikopterlər alacaq
Sakura

Yaponiya Şərqi Çin dənizində patrul xidməti üçün pilotsuz helikopterlər alacaq

Yaponiya Müdafiə Nazirliyi özünümüdafiə qüvvələrinin keşikçi gəmilərində istifadə üçün pilotsuz helikopterlər almağı planlaşdırır.

AZƏRTAC “Yomiuri Shimbun” qəzetinə istinadla xəbər verir ki, bu helikopterlərin 2023-cü ildə alınması nəzərdə tutulur.

Nazirlik hellikopterlərin hansı modelinin alınması barədə qərarı 2022-ci ildə qəbul edəcək. Prioritet variant kimi ABŞ-ın “Northrop Grumman” şirkətinin istehsalı olan “MQ-8С Fire Scout” uçan aparatı nəzərdən keçirilir. Uzunluğu 12,6 metr olan bu aparat 5 kilometr hündürlüyə qalxa və 15 saat havada qala bilir.

İlkin olaraq 3 aparatın alınması, sonrakı 10 ildə isə onların sayının 20-yə çatdırılması planlaşdırılır.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR