Yaponiya şahzadəsi Mako Akisino nişanlısı vəkil Key Komuro ilə toyunu 2020-ci ilə kimi təxirə salıb
Yaponiya şahzadəsi Mako Akisino nişanlısı vəkil Key Komuro ilə toyunu 2020-ci ilə kimi təxirə salıb. Buna səbəb isə bəyin anasının kredit borcları göstərilib.
FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə The Guardian xəbər verib.
Noyabr ayına təyin olunan toy mərasimi şahzadənin valideynlərinin xahişi ilə təxirə salınıb. Məlum olub ki, bəyin anası oğlunun təhsili üçün götürdüyü krediti hələ qaytarmayıb.
Nəşr bildirir ki, toya görə cütlük tənqid oluna bilər. Çünki Mako ərə getdikdən sonra kraliyyət həyatından imtina etməsinin təzminatı kimi hökumətdən 100 milyon ien (900 min dollar) alacaq.
Yaponiyada artıq bir neçə şahzadə sadə insanlarla ailə qurmaq üçün krallıq titulundan imtina ediblər. İyun ayında bildirlmişdi ki, şahzadə Takamadonun (imperatorun əmisi oğlu) qızı NYK Line gəmiqayırma kompaniyasının 32 yaşlı əməkdaşı ilə ailə həyatı qurmaq istəyir, buna görə titulundan ayrılmaq qərarına gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət