Slimfit
  1. DÜNYA

Yaponiya raketlərə qarşı müdafiəsini “Aegis Ashore” yerüstü sistemi ilə gücləndirəcək

Yaponiya raketlərə qarşı müdafiəsini “Aegis Ashore” yerüstü sistemi ilə gücləndirəcək
Sakura

Yaponiya raketlərə qarşı müdafiəsini “Aegis Ashore” yerüstü sistemi ilə gücləndirəcək

Yaponiya ballistik raketlərə qarşı özünün çoxsəviyyəli müdafiəsini yerüstü “Aegis Ashore” sistemi ilə gücləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 28-də Tokioda nəşr olunan və 2018-ci ildə ölkənin müdafiə strategiyasını əks etdirən “Ağ kitab”da deyilir.

“Yeni sistem raketlərin yalnız “Aegis”lərlə təchiz olunan esmineslər vasitəsilə deyil, eyni zamanda, “Aegis Ashore” vasitəsilə də qarşısını almağa imkan yaradacaq”, - deyə kitabda vurğulanır.

“Ağ kitab”da xatırlanır ki, Yaponiyanın raketə qarşı müdafiə (RQM) sistemləri müdafiənin çoxsəviyyəli təşkilini nəzərdə tutur. Bu zaman yuxarı səviyyədə ballistik raketlər hərbi gəmilərdəki “Aegis” sistemi vasitəsilə, aşağı səviyyədə isə “Patriot” PAC-3 raketləri ilə məhv edilir.

Yeni nəşrdə ABŞ ilə hərbi ittifaqa da xüsusi diqqət yetirilir: “Asiya-Sakit okean regionunda sülhün və təhlükəsizliyin əsas dayağı olan Yaponiya-ABŞ ittifaqı bu sahədə regional sabitliyə mühüm töhfədir”. Buna nümunə olaraq, Tokio və Vaşinqtonunun Şimali Koreyanın nüvə silahının ləğvi istiqamətində əməkdaşlığı, Yaponiyanın Çinin Şərqi Çin və Cənub Çin dənizlərində təsirini gücləndirməsinə qarşı fəaliyyəti göstərilir.

Xatırladaq ki, Yaponiya hökuməti ötən il dekabrın 19-da ölkə ərazisində iki yerüstü “Aegis Ashore” RQM sistemlərinin quraşdırılması barədə qərar qəbul edib. Bu sistemlərin ölkənin şimal-qərbindəki Akita və cənub-qərbindəki Yamaquçi prefekturalarında yerləşdirilməsi planlaşdırılır. Yeni sistemlərin artıq 2023-cü ildə hazır olacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR