Slimfit
  1. KOSMOS

Yaponiya “kosmik zibil”i müşahidə etmək üçün orbitə peyklər qrupunu çıxarmağı planlaşdırır

Yaponiya “kosmik zibil”i müşahidə etmək üçün orbitə peyklər qrupunu çıxarmağı planlaşdırır
Sakura

Yaponiya “kosmik zibil”i müşahidə etmək üçün orbitə peyklər qrupunu çıxarmağı planlaşdırır

Yaponiya hökuməti “kosmik zibil”i müşahidə etmək üçün orbitə peyklər qrupunu çıxarmağı planlaşdırır. Bu haqda “Yomiuri” qəzeti məlumat verib.
 
ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, peyklərin orbitə buraxılışını 2024-cü ildən 2028-ci ilədək həyata keçirmək planlaşdırılır. Bu vaxtadək isə yaponiyalı mütəxəssislər “kosmik zibil”in aşkar edilməsi və həmin informasiyanın Yer kürəsinə ötürülməsi texnologiyası üzərində işləyəcəklər. Yaponiya öz peyklərinin orbitdə qalan raket və başqa aparatların qırıntıları ilə toqquşmasından ehtiyat edir.
 
Ekspertlərin qiymətləndirməsinə görə, yerətrafı orbitdə təxminən 150 milyon detal və fraqment mövcuddur. Bunlar peyk və başqa aparatların orbitə buraxılışından sonra kosmosda yığılıb qalıb. Araşdırmalara görə, belə “kosmik zibil”lə  toqquşma peyklərin antena, günəş panelləri və başqa avadanlığına zərər vura bilər.
 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR