Slimfit
  1. DÜNYA

Yaponiya imperatoru taxt-tacdan getməsi üçün hazırlıq mərasiminə başlayıb

Yaponiya imperatoru taxt-tacdan getməsi üçün hazırlıq mərasiminə başlayıb
Sakura

Yaponiya imperatoru taxt-tacdan getməsi üçün hazırlıq mərasiminə başlayıb

Yaponiya imperatoru Akihito bu il aprelin 30-da taxt-tacını oğlu vəliəhd Naruhitoya ötürmək üçün ənənəvi mərasimlərin icrasına başlayıb.

Report” yerli televiziyaya istinadən xəbər verir ki, əvvəlcə saraydakı Kasikodokoro məbədinə gələn imperator girişdə Yaponiya hökmdarları sülaləsinin ulu anası kimi qəbul olunan ilahə Amaterasuya xitabən taxt-tacını təhvil verəcəyi barədə dua oxuyub. 

Daha sonra əlahəzrət imperator sələflərinə və müxtəlif tanrılara həsr olunan Koreyden və Sinden ibadətgahlarını da ziyarət edib.

Taxt-tacını təhvil verəcəyi aprelin 30-da imperator sözügedən məbədləri ziyarət edəcək.

Qeyd edək ki, 2017-ci ilin dekabr ayında imperator ailəsi işlərinə dair komissiya 85 yaşlı Akihitonun bu il aprelin 30-da taxt-tacdan çəkiləcəyini, mayın 1-də isə 59 yaşlı şahzadə Naruhitonun da taxt-taca qalxacağı barədə qərar vermişdi. Yeni imperatorun taxta çıxmasına bir ay qalmış hökumət yeni dövrün adını bəyan edəcək. Akihitonun hakimiyyət dövrünün adı Heysey, yəni Barış dövrüdür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR