Slimfit
  1. DÜNYA

Yaponiya hökuməti şirkətlərə dəymiş ziyanı kompensasiya etməyəcək

Yaponiya hökuməti şirkətlərə dəymiş ziyanı kompensasiya etməyəcək
Sakura

Yaponiya hökuməti şirkətlərə dəymiş ziyanı kompensasiya etməyəcək

Yaponiya hökuməti yeni növ koronavirusun yayılması səbəbi ilə yaranmış fövqəladə vəziyyətdə fəaliyyətini dayandıran bütün şirkət və müəssisələrin itkilərini qarşılamaq niyyətində deyil.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqa Tokioda keçirilən mətbuat konfransında bildirib.

“Kütləvi kompensasiyaların obyektləri yalnız gəlirləri kəskin şəkildə aşağı düşmüş şirkətlər olacaq”, - o deyib.

Dünən hökumət yeni növ koronavirusun yayılması ilə əlaqədar yaranmış problemlər səbəbindən aylıq gəliri azı yarıbayarı azalmış şirkətlərə və sahibkarlara nağd vəsaitlər verməklə yardım edəcəyini, onlara vergi azadetmələri təmin edəcəyini elan edib.

Bu vəziyyət Yaponiyada ciddi narazılığa səbəb olub. O cümlədən 47 prefekturanın qubernatorları çərşənbə günü keçirdikləri yığıncaqda hökuməti aprelin 8-dən tətbiq olunan fövqəladə rejimə uyğun olaraq fəaliyyətini dayandırmış bütün şirkətlərə dəymiş ziyanı kompensasiya etməyə çağırablar.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR