Yaponiya hökuməti pulsuz ev paylamağa başladı
Kiçik yapon şəhərlərinin hakim dairələri yeni sosial proqram həyata keçirməyə başladılar: administrasiya sahibləri tərəfindən tərk edilmiş evləri satışa çıxarır.
Onların çoxunu simvolik ödənişlə əldə etmək olar, digərləri pulsuz verilir, bəziləri üçün isə hətta əlavə ödəniş edilir.
Vice nəşri xəbər verir ki, yerli hakimiyyət orqanları ölkədəki çətin demoqrafik vəziyyətə görə belə qəti tədbirlərə getməyə məcburdur.
İş burasındadır ki, Yaponiya əhalisi qocalır, tənha qocalar sosial evlərə köçür və onların əmlakları boş qalır. Mütəxəssislərin qiymətləndirməsinə görə, əgər boş qalmış tikililərin sayının artması davam etsə, onda 2033-cü ilə qədər tərk edilmiş evlərin sayı 20 milyona çatacaq.
Bu məsələdə əsas rolu yapnların mövhumatçılığı oynayır ki, onlar tənha ölən və ya cinayət baş verən evləri almağa hazır deyillər.
Eyni zamanda Tokio kimi böyük şəhərlərdə yaşayış yerinin kəskin çatışmazlığı müşahidə edilir. Paytaxt əhalisinin təxminən 70 faizi kiçik mənzillərdə yaşayır, amma insanlar meqapolisi tərk etmək barədə düşünmürlər, axı onlar üçün işdə qalmaq daha vacibdir.
Yerli administrasiya nisbi kiçik məbləğlə boşalan evləri verməklə gəncləri cəlb etməyə ümid edir: kənddə bir ev 4500 dollardan baha başa gəlməyəcək. Aylıq 45 dollar ödənişlə ev kirayə götürmək olar. Müqavilədə ayrıca qeyd edilib ki, icarədar kifayət qədər evdə çox qaldıqda onun mülkiyyətinə keçə bilər. Bəzi rayonlarda kənd evini pulsuz əldə etmək olar.
Burada müəyyən şərtlər var: mülkiyyətçi məktəbli yaşında uşaqları olan 43 yaşına qədər yaponlar olmalıdır.
Xaricilərin bu sosial proqramda iştirak etməsi sualının cavabı belədir: bəli, amma həmin adam ölkədə yaşayış vizası və rəsmi işi varsa.
Mənbə: Rusnext.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət