Yaponiya hökuməti 2020-ci il Tokio Yay Olimpiya Oyunları dövründə yay vaxtına keçməyi planlaşdırır
Yaponiya hökuməti 2020-ci il Tokio Yay Olimpiya Oyunları dövründə yay vaxtına keçməyi planlaşdırır.
"Report"un "Kiodo" agentliyinə istinadən məlumatına görə, Olimpiya Oyunlarının keçirildiyi müddətdə saatların əqrəblərinin iki saat irəli çəkilmə variantı nəzərdən keçirilir. Beləliklə, ölkə rəhbərliyi Tokiodakı kəskin yay istisi ilə bağlı problemi müəyyən qədər həll edəcəyinə ümidlidir.
Hazırkı istilər açıq havada çıxış edən idmançılar üçün ciddi problemlərin səbəbi ola bilər. Yaponiya yay vaxtına keçiddən 60 ildən çoxdur imtina edib. Bu yay Tokioda anomal isti qeydə alınıb və 41 dərəcəlik rekord həddə çatıb. 70 mindən çox sakin günvurmadan xəstəxanaya yerləşdirilib, 10-larla insan ölüb.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət