Slimfit
  1. DÜNYA

Yaponiya Çinin mövqeyini ələ keçirdi – Ticarət savaşı

Yaponiya Çinin mövqeyini ələ keçirdi – Ticarət savaşı
Sakura

Yaponiyanın bütün şirkətlərinin ümumi fond dəyəri 6,17 trilyon dollara çatıb

Yaponiyanın bütün şirkətlərinin ümumi fond dəyəri 6,17 trilyon dollara çatıb.

Axar.az xəbər verir ki, “Blomberq” agentliyi bununla da yapon şirkətlərinin dəyərinin Çin şirkətlərinin ümumi dəyərini (6,09 trilyon dollar) üstələyərək, ABŞ-dan sonra ikinci yeri tutduğunu bildirib.

Ümumilikdə Çinin “Shanghai Composite” və “Shenzhen Composite” indeksləri ticarətdə cümə axşamı 2 və 2,4% dəyər itiriblər. Dəyər itkisinə səbəb ABŞ hökumətinin 200 milyard həcmindəki Çin mallarına 10% yerinə 25% gömrük rüsumu tətbiq edəcəyi haqqında bəyanatı olub.

Agentlik həmçinin Çin fond birjalarının kapitalizasiyasının hesablanması zamanı Honkonq birjasını buraya aid etməyib. Belə ki, təkcə bu birjada ticarət edilən aksiyaların həcmi 5,1 trilyon dollar olub.

Pekinin qlobal reytinqdəki ikinci yeri itirməsinin Çinin dünya fond bazarlarında böyük rolu olmadığına işarə olduğu bildirilib. Doğrudur, hökumət xarici investorları bir çox sahələrə buraxmağa söz versə də, bu, hələlik istənilən nəticəni verməyib.

Beynəlxalq hesablaşmalarda yuana keçid də Pekinin planlaşdırdığı kimi getmir. İyunda yuanın qlobal tranzaksiyalarda payı 1,88%-dən 1,81%-ə düşüb.

Kapitalizasiya baxımında lider əvvəlki kimi ABŞ fond bazarı olaraq qalır. ABŞ birjalarında ticarət edilən aksiyaların ümumi dəyəri 31 trilyon dolları keçir. Bunun 1 trilyon dolları “Əpl” şirkətinin payına düşür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR