Yaponiya Bankından qan qaraldan proqnoz: neftin qiyməti sıfırdan aşağı düşə bilər
Neft qiymətləri sıfırın altına düşə bilər
Yaponiya Bankından qan qaraldan proqnoz
Son üç həftə ərzində qiyməti 50 faiz aşağı düşən və ilin əvvəlindən 2,6 dəfə ucuzlaşma qeydə alınan dünya neft bazarında qara günlər hələ bitməyəcək. Belə bir xəbərdarlığı Yaponiyanın üçüncü ən böyük bankı olan Mizuho açıqlayıb.
Bu gün keçirilən hərracda 17 il ərzində ilk dəfə olaraq Brent markalı neftin qiyməti 2016-cı il böhranının da rekordunu qıraraq bir barreli 27 dollardan aşağı düşdü.
Mizuho hesab edir ki, bu, hələ son hədd deyil: Səudiyyə Ərəbistanının hasilatı üçdə bir dəfə artırması qərarından və koronavirus epidemiyası səbəbindən tələbin kıskin azalmasının ardınca bazarda neftin tarix ərzində olmayan həddə bol olması qara qızılın qiymətinin mənfi saldoya doğru getməsinə səbəb ola bilər.
Bankın dəyərləndirməsinə görə, dünyada neft tədarükü, tələbatı günlük 15 milyon barrel üstələyə bilər. Bu, gündə 7 supertanker və ya hasil olunan hər yeddinci barrel deməkdir.
"IHS Markit"-ə görə dünyadakı neft anbarlarının ümumi tutumu təxminən 1 milyard barreldir. Və onlar yaxın iki-üç ay içində tam dolacaq.
Goldman Sachs isə, neft bolluğu ilə bağlı daha təvazökar proqnoz verir - gündə 6-8 milyon barrel. Bu vəziyyətdə, rezervuarları doldurmaq altı aya qədər davam edə bilər.
ABŞ anbarları - həm kommersiya, həm də dövlət - yarı doludur və Mizuho-ya görə, tutumları 10 həftə ərzində tükənəcəkdir. Belə bir ssenaridə, neft istehsalçıları quyularından neft götürmək üçün əlavə pul ödəməli olduqları bir vəziyyətə düşə bilərlər.
Oxşar vəziyyət Texasda qaz bazarında baş vermişdi. Belə ki, orada şist neftinin istehsalı nəhəng həcmdə qazın əmələ gəlməsinə səbəb olmuş və həmin qazı nəql etməyə boru kəmərləri və başqa infrastrukturlar çatmamışdı. Nəticədə, 2018-ci ildə bölgədə qazın qiyməti mənfi 25 sentə qədər düşmüşdü. İstehsalçılar onlardan qaz almaları üçün pul ödəməyə hazır idilər, çünki əks halda yandırılmalı idi.
"Mizuho" analitiki Pol Sankey neft bazarında iki prosesin - anbar yerlərinin doldurulması və qiymətlərin mənfi səviyyəyə keçirilməsi yolunda yarış getdiyini söyləyib.
Hərəkət sürətli ola bilər - Səudiyyə Ərəbistanının əlavə istehsal edəcəyi neft artıq aprel ayında bazara daxil olur: Ər-Riyad hasilatı gündə 9,7 milyondan 12 milyon barrelə, ixracı isə təxminən 1,5 dəfə artıraraq gündə 7 ilə 10 milyon barrelə çatdırmaq niyyətindədir.
Brent markalı nefti 10,25 dollar endirimlə, yəni 20 dollardan da ucuz qiymətlə - "Saudi Aramco" dövlət neft şirkəti gündə əlavə 300 min barrel ehtiyat anbarlarından və daxili bazardan günlük 250 min barreli dünya bazarına çıxarmaq niyyətindədir. Bu haqda ölkənın Energetika Nazirliyi dünən məlumat yayıb.
Mənbə: www.finanz.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət