Slimfit
  1. KOSMOS

Yaponiya Ayın mənimsənilməsi üçün 770 milyon ABŞ dolları xərcləyəcək

Yaponiya Ayın mənimsənilməsi üçün 770 milyon ABŞ dolları xərcləyəcək
Sakura

Yaponiya Ayın mənimsənilməsi üçün 770 milyon ABŞ dolları xərcləyəcək

Yaponiya növbəti maliyyə ilində (aprel 2021 – mart 2022) ABŞ tərəfindən təklif olunan Ayın mənimsənilməsi üzrə layihədə iştirak etmək üçün təxminən 80 milyard yen (770 milyon ABŞ dolları) ayıracaq.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bu vəsaitin böyük hissəsi 2009-cu ildən bəri Beynəlxalq Kosmik Stansiyaya yük çatdırmaq üçün istifadə olunan hazırkı “Konotori” pilotsuz yük kosmik gəmisini əvəzləməli olan gəminin hazırlanmasına sərf ediləcək. Yeni yük gəmisinin Ay yaxınlığındakı “Gateway” stansiyasının təchizatında iştirak edə biləcəyi gözlənilir.

Yaponiya Aerokosmik Araşdırmalar Agentliyinin (JAXA) 2021-ci maliyyə ili üçün ümumi büdcəsi isə 280 milyard yen (2,6 milyard ABŞ dolları) təşkil edəcək və bu, qurumun mövcudluğu ərzində rekord məbləğ olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR