Slimfit
  1. DÜNYA

Yaponiya aviaşirkəti yerdən ayrılmadan Havay adalarına səyahət təklif edir

Yaponiya aviaşirkəti yerdən ayrılmadan Havay adalarına səyahət təklif edir
Sakura

Yaponiya aviaşirkəti yerdən ayrılmadan Havay adalarına səyahət təklif edir

Yaponiyanın “Japan Airlines” aviaşirkəti təyyarə ilə uçmadan, olduğunuz yerdən ayrılmadan Havay adalarına səyahət təklif edir.

AZƏRTAC xəbər verir ki, həmin şirkət tərəfindən hazırlanan virtual reallıq sistemi bu Sakit okean cənnətinə real səfər təəssüratı yaratmaqla səyahətçilərin seçiminə təsir göstərmək niyyətindədir.

Sistemdən istifadə edən gələcək səyyah qurğunun qaçış zolağına bənzəyən lenti üzərində addımlayaraq, geydiyi xüsusi eynək vasitəsilə Havay adalarındakı çimərliklərə və ya mağaralara “səyahət edir”.

Qurğu görüntüləri, eyni zamanda, buradakı çiçəklərin və torpağın iyini hiss etdirməklə nümayiş etdirir. Hətta monitorda şəlalə görünən zaman yaxınlıqdakı ventilyator işə düşərək, ətrafa kiçik su damcıları səpələyir ki, bu da səfər illüziyasına tam reallıq hissləri verir.

 

Vüqar Ağayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR