Slimfit
  1. DÜNYA

Yaponiya alimləri: 3 yaşına qədər uşaqlar maska taxmamalıdır

Yaponiya alimləri: 3 yaşına qədər uşaqlar maska taxmamalıdır
Sakura

Yaponiya alimləri: 3 yaşına qədər uşaqlar maska taxmamalıdır

Yaponiya alimləri uşaqların tibbi maska taxması ilə bağlı yeni araşdırma aparıblar.

Ens.az Aztibb.az-a istinadla bildirir ki, alimlərin fikrincə, 3 yaşına qədər olan uşaqlar maska taxmamalıdır. Bu onların sağlamlığı üçün zərərlidir, hətta ölümə səbəb ola bilər.

Maska taxmaq uşağın nəfəsalmasını çətinləşdirir ki, bu da onun boğumasına səbəb ola bilər. Həmçinin maska taxan uşağın qanında oksigenin səviyyəsi azalır, bu isə onun ürəyinə düşən gərginliyi artırır.  

İsti havada maska taxan uşaqda istivurma, huşunu itirmə riski də kəskin artır.

Alimlər vurğulayırlar ki, kiçik yaşlı uşaqlar koronavirusa demək olar tutulmur, həmçinin koronavirusun daşınmasında ciddi rol oynamırlar.   

Rusiyanın "Rospotrebnadzor" təşkilatının son tövsiyələrinə görə, 7 yaşına qədər olan uşaqlar maska taxmaya bilər. Lakin daha böyük yaşda olan uşaqlar və yeniyetmələr üçün maska taxmaq zəruridir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR