Ölən qızın ruhu oyuncağa keçib
Ölən qızın ruhu oyuncağa keçib.
Oxu.Az Eg.ru-ya istinadən xəbər verir ki, Yaponiyanın Hokkaydo adasının İvamizava məbədində Okiko adlı qəribə bir gəlincik saxlanılır.
Yerli keşişlər iddia edir ki, gəlinciyin saçları uzanır və onları müntəzəm olaraq kəsmək tələb olunur.
Bu gəlinciyin artıq 100 yaşı var. 1918-ci ildə 17 yaşlı Eykiçi Suzuki onu Kikuko adlı kiçik bacısına hədiyyə edib. Qızcığaz gəlincəkdən ayrılmayıb, lakin sonradan möhkəm soyuqlayıb və ölüb. Dərd-qəm içində olan valideynlər gəlinciyin saçlarının uzandığını gördükdə belə qərara gəliblər ki, qızlarının ruhu oyuncağa keçib.
1938-ci ildə ailə Hokkaydodan köçüb, lakin gəlinciyi adada saxlayıb məbədə veriblər. Çoxlu sayda turist ona baxmağa gəlir. Heç kim bu hadisənin məntiqli izahını verə bilmir, gözlər qarşısında əsl möcüzə baş verir.
Oxşar hadisə İslaniyanın Malyorka şəhərinin şimal-qərbində baş verir ki, burada da müqəddəs abidənin saqqalı uzanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət