Slimfit
  1. İDMAN

Yapon dünya çempionu: Azərbaycanlı azarkeşlər bizi qorxudurdu

Yapon dünya çempionu: Azərbaycanlı azarkeşlər bizi qorxudurdu
Sakura

Yapon dünya çempionu: Azərbaycanlı azarkeşlər bizi qorxudurdu

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında +78 kq çəki dərəcəsində həm fərdi, həm də qarışıq komanda yarışlarında qalib olan Sara Asahinafikirlərini bildirib.

O, Oxu.Az-a verdiyi açıqlamasında yerli azarkeşlərin onu həyəcanlandırdığını bildirib:

“Azərbaycanın təşkilatçılığı yaxşı idi. Dünya çempionatı Azərbaycanda keçirildiyi üçün azarkeşlər daha çox yerli idmançıların tərəfini saxlayırdı və onlara alqışlarla dəstək verirdi. Bir az da bundan qorxurduq, stress daha çox idi”.

21 yaşlı idmançı komanda yarışlarında məğlub etdiyi Azərbaycan cüdoçusu İrina Kindzerskaya barədə isə bunu qeyd edib:

“Çox güclü rəqib idi. O, qalib gəlmək üçün əlindən gələni edirdi. Mən də çox həyəcanlanmışdım ki, uduzacağam”.

Ardıcıl ikinci dəfə komanda yarışlarında dünya çempionu olan Sara Asahina etiraf edib ki, Azərbaycan millisi təkcə kişilərdən ibarət olsaydı, qalib gələ bilərdi:

“Sözsüz ki, Azərbaycan millisi təkcə kişilərdən ibarət olsaydı, medal qazana bilərdilər. Ancaq qarışıq komandalarda əsas məqam bundan ibarətdir ki, həm oğlanlar, həm də qızlar olur. Məsələn, bizim qarışıq komandada da oğlanlar zəif çıxış etdilər”.

Qeyd edək ki, Yaponiya millisi 1/4 finalda Azərbaycan yığmasına 4:2 hesabı ilə qalib gəlib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR