Yanvarda bəzi banklar kredit faizlərini endirib
Ötən ay Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib.
“Report”un araşdırmasına əsasən, nağd kreditlər üzrə faiz dərəcəsi “Azər-Türk Bank”da 19-27%-dən 16-23%-ə, “Yelo Bank“da 19%-dən 15,9%-ə düşürülüb.
“BTB Bank” lombard kreditləri üzrə faizi 22,8%-dən 20%-ə endirib.
Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “AFB Bank”, “Azərbaycan Sənaye Bank“, Azər-Türk Bank”, “Bank Respublika”, “Yelo Bank“, “Turanbank” və “Xalq Bank”dadır.
Avtomobil kreditləri – “NBC Bank”
Təmir kreditləri – “Yelo Bank”
Lombard kreditləri – “Amrahbank”, “BTB Bank”
İpoteka kreditləri – “Xalq Bank”
Mikro kreditlər – “Bank Respublika”
Kiçik və orta biznes kreditləri – “AG Bank”, “Xalq Bank”
Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət