Slimfit
  1. AZƏRBAYCAN

Yankauskas Vasif Talıbova məktub göndərib

Yankauskas Vasif Talıbova məktub göndərib
Sakura

21-23 sentyabr tarixlərində Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi tərəfindən Naxçıvan şəhərində…

21-23 sentyabr tarixlərində Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi tərəfindən Naxçıvan şəhərində “Avropa günləri” keçirilib.
AzVision.az xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova məktub göndərərək “Avropa günləri”nin keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlıq edib.

Məktubda deyilir: "İlk dəfə idi ki, Avropa İttifaqının nümayəndəliyi, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycandakı 17 səfiri, o cümlədən Danimarkanın Ankarada və Finlandiyanın isə Helsinkidəki səfirləri birlikdə Naxçıvan Muxtar
Respublikasına səfər etmişlər. Rəsmi görüşlərdən sonra 8 orta məktəbdə və 2 universitetdə Avropa İttifaqı və üzv dövlətlər barədə təqdimatlar keçirilib. Paralel olaraq, dil dərsləri və ERASMUS+ və Gənc Avropa Səfirlərinin təqdimatları təşkil olunub. İqtisadiyyat və kənd təsərrüfatı nazirləri, eləcə də yerli sahibkarlarla biznes görüşü baş tutub. Nümayəndə heyətinin üzvləri reabilitasiya mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüblər. Əhalinin bütün qrupları üçün keçirilmiş son tədbir olan “Avropa şəhərciyi”, təxminən, 40-45 min nəfərin iştirakı
ilə nümayəndəliyin Azərbaycanda keçirdiyi ən böyük məlumatlandırma tədbiri olub.

“Avropa günləri Naxçıvanda” tədbiri uğur qazanmış, hər iki tərəf arasında marağın, etimadın və əməkdaşlığın
yeni səviyyəsini nümayiş etdirib. Sizin yardımınız və dəstəyiniz olmadan bu tədbir uğur qazana bilməzdi".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR