Dərc edildi: Baxış sayı: 612
Yanğınların Ordumuzla əlaqəsi yoxdur - MN
Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib.
"Bir daha bildiririk ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur", - deyə nazirliyin yaydığı açıqlamada qeyd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət