“Yandex” şirkəti Ağstafanın qəsəbəsini Ermənistan ərazisi kimi göstərdi…
1980-ci illərdə də ermənilərin oxşar gedişlərinə göz yumduq və bu günədək bunun acı bəhrələrini yeyirik…
Moderator.az-ın elektron poçtuna oxucumuz Nazim Rüstəmov tərəfindən ünvanlanmış müraciət daxil olub. Müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:
“Salam, hörmətli Moderator.az. Xahis edirəm işıqlandırasınız bu məsələni. “Yandex” kimi böyük bir sirkət “yandex map”-da Ağstafa rayonunun Poylu qəsəbəsini Ermənistan (“Armenia”) ərazisi kimi gosterib. Bu, qəbuledilməzdir!!!”
P.S. Başında ermənilərin və ermənipərəst rusların durduğu transmilli bir şirkətdən belə bir addım təəccüblü deyil. “Yandex” şirkəti son aylar Azərbaycanın nəinki bölgələrində, paytaxt Bakıda da bir sıra küçə, yaşayış məntəqələrinin və s. adlarını erməniləşmiş formada təqdim edir və ya Ermənistan ərazisinə “daxil edir”…
Xatırladaq ki, “Yandex.Taxi” xidmətinin baş direktoru Tiqran Xudaverdiyandır. “Uber” xidməti ilə müştərək olan şirkət Bakıda da fəaliyyət göstərir…
P.P.S. Bunu adi bir olay kimi qulaqardına vurmaq olmaz. Rəsmi səviyyədə ciddi tədbir görülməlidir. Bu, düşmən dünya güclərinin və onların “maşası” olan erməni lobbisinin 20-30 il sonraya hesablanmış gedişləridir… 1986-1988-ci illərdə də “əşşi, erməni bizə nə edəcək” deyərək çox şeylərə göz yumduq və 26 ildən çoxdur ki, bunun acı bəhrələrini yeyirik…
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət