Slimfit
  1. AVTO VƏ MOTO

Yanacaqdoldurma məntəqəsi haqqında

Yanacaqdoldurma məntəqəsi haqqında
Sakura

Bir neçə növü var

Yanacaqdoldurma məntəqəsi (bundan sonra YDM) - nəqliyyat vasitələrinə yanacaq doldurma üçün nəzərdə tutulmuş yol kənarındakı avadanlıq kompleksidir.

QISA MƏLUMAT

Ən çox yayılmış YDM-lər – nəqliyyat vasitələrini ənənəvi növ karbohidrogen yanacaqları ilə (benzin və dizel yanacağı) dolduran məntəqələrdir.

Daha az yayılmış Avtomobil qazdoldurma kompressor məntəqəsidir (AQKM) – sıxılmış təbii qazla doldurulma (CNG) və Avtomobil Qazdoldurma Məntəqəsi (AQDM) – mayeləşdirilmiş neft qazı (LPG) ilə doldurulma. Bir neçə növ hidrogen yanacaqdoldurma stansiyası da mövcuddur.

Konteyner YDM-i (KYDM) – texnoloji sistemi nəqliyyat vasitələrini yalnız maye mühərrik yanacağı ilə doldurmaq üçün nəzərdə tutulmuş və çənlərin yerüstü düzülüşü və yanacaq paylayıcıların yanacaq saxlama qabına yerləşdirilməsi ilə xarakterizə olunan YDM-dir.

Müasir YDM-də xidmət çox vaxt yanacaq satışı ilə məhdudlaşmır. Adətən bu cür məntəqələrdə kiçik bir mağaza olur, hərdən bir – qəlyanaltı, həmçinin bankomat, avtomobil yuma və bu kimi şeylər. ABŞ-da yük maşını dayanacaqları (truck stop) və ya səyahət mərkəzləri (travel center) geniş yayılmışdır ki, burada YDM – ağır yük maşını dayanacaqları, istirahət mərkəzləri, kafe və mağazalar üçün dayanacaq xidmətlərini əhatə edən kompleksin yalnız bir hissəsidir.

Stasionar YDM-lər işıqlandırma və şimşəkdən qorunma sistemləri ilə təchiz edilmişdir.

Yerləşmə yerinə görə yol və şəhər YDM-lərini fərqləndirirlər. Şəhər YDM-nə daha ciddi təhlükəsizlik tələbləri qoyulur, xüsusilə yaşayış binalarına, məktəblərə, xəstəxanalara, ictimai binalara icazə verilən məsafələr ciddi şəkildə tənzimlənir.

DÜNYADAKI YDM-lərin SAYI

  •       2011-ci ildə Rusiya Federasiyasında təxminən 25 min YDM var idi. YDM bazarı kifayət qədər mərkəzləşdirilmişdir: 2007-ci ildə bazarın yalnız 50%-dən bir qədər çoxu müstəqil şirkətlər tərəfindən "işğal" edilmiş, qalan hissəsi şaquli inteqrasiya olunmuş neft şirkətlərinə məxsus idi.
  • 2007-ci ildə İngiltərədə 9271 YDM var idi (1992-ci ildə, təxminən 18 000).
  •        Siyahıya almanın nəticələrinə görə 2002-ci ildə ABŞ-da 121 446 YDM var idi.
  •        Kanadada YDM-in sayı azalır, təxminən 14 000.

TARİXİ

İlk dəfə benzin və məişət qazı kimi digər yanacaq növləri apteklərdə satılmağa başladı; aptek sahibi üçün bu əlavə gəlir mənbəyi və əlavə iş sayılırdı. İlk benzin məntəqəsi, Vislox (Wiesloch – Almaniya) şəhərində bir aptek idi, burada Karl Bentsin həyat yoldaşı Berta Bents, Mannheimdən Pforçheimə ilk səyahətini 1888-ci ildə etdiyi ilk avtomobilin çənini doldurdu. 2008-ci ildə Berta Bentsə bu hadisənin xatirəsinə bir xatirə lövhəsi yaradıldı.

Karl Bentsin həyat yoldaşı, dünya avtomobil tarixində ilk sürücü Berta Bentsin yanacaq aldığı həmin aptek

İlk sərbəst "sürücülər üçün məntəqə" XX əsrin əvvəllərində ABŞ-da yarandı (1907-ci ilə istinadlar var). İlk YDM-lər, hər biri dayaqlar üzərində dayanan, rezin borulu bir və ya iki çəndən ibarət idi, hansı ki, içərisindən benzin avtomobillərin çənlərinə öz axımı ilə axırdı. YDM-lərin böyüməsi və inkişafı 1920-ci illərdə başlamışdır. YDM-lərin sayı 1921-ci ildə təxminən 12 000-dən 1929-cu ildə 143 000-ə yüksəldi. Eyni zamanda YDM-lər böyük lövhələr, istirahət otaqları, çardaqlar və daş döşənmiş yollarla təchiz olunmağa başladı. 1920-ci illərin sonlarına qədər yalnız benzindən deyil, təkərlərin, batareyaların və ehtiyat hissələrinin satışından da pul qazanılırdı. Yeni bir nasos növü istifadəyə verildi və geniş yayıldı: benzin yuxarıya, bir şüşə qaba dolurdu, belə ki, alıcı onun təmiz olduğundan əmin ola bilsin, sonra isə rezin boru vasitəsilə avtomobilin yanacaq çəninə.

Rusiyada ilk YDM-lər 1911-ci ildə, İmperator Avtomobil Cəmiyyəti – “Nobel Qardaşları” ilə “Benzin məntəqələri” barəsində Yoldaşlıq müqaviləsi bağladılar. Artıq 1914-cü ildə 440 belə məntəqə ölkənin böyük şəhərlərində fəaliyyət göstərirdi. 1920-1930-cu illərdə SSRİ-də YDM şəbəkəsinin inkişafı davam etdi. 1950-ci illərdən başlayaraq, avtomobil parkının böyüməsi səbəbindən YDM-lərin sayı artmağa başladı. 1960-80-ci illərdə SSRİ-də YDM-lər həm ictimaiyyət üçün açıq idi, həm də yalnız dövlət avtomobillərinə xidmət edirdi, hətta səyyar YDM-lər də meydana gəldi. Sovet YDM-ləri üçün avadanlıq QARO trestinin müəssisələri tərəfindən istehsal edilirdi.

1970-ci illərdə bir Fin layihəsinə görə bir sıra YDM-lər inşa edildi, həmçinin Adast şirkətinin (Çexoslovakiya SSR) YDM-ləri yaranmağa başladı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR