Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yan təsirsiz xərçəngə qarşı olan dərman artıq reallığa çevrildi

Yan təsirsiz xərçəngə qarşı olan dərman artıq reallığa çevrildi
Sakura

Yan təsirsiz xərçəngə qarşı olan dərman artıq reallığa çevrildi

Tibbi sektoru yeni xərçəngə qarşı olan dərmannın buraxılması haqqında xəbər silkələdi. Biospace.com xəbər verir ki, Bexion Pharmaceuticals şirkəti eksperimental vasitə olan BXQ-350-ni təqdim edib. Bu sintetik isteshal olunmuş insan lizosomal zülal, sfinholipid aktivləşdirici zülal (SapC) və fosfolipid dioleoilfosfatidilserinin (DOPS) qarışığıdır. Onun əsas məqsədi - bərk şişlər və gliomalardır.

Heyvanlarla sınaqlar ümidvericidir. Dərman sağlamlığa zərər vurmadan xərçəng hüceyrələrini öldürə bilib. İnsanlarla ilkin sınaqları da uğurlu hesab etmək olar. 17 könüllüdən (glioblastoma ilə 9 pasient və bərk şişli 8 pasient)7 insanda terapiyanın başlanmasından 113 gün sonra müsbət dəyişikliklər müşahidə olunub. Bir insanda xərçəng müəyyən qədər reaksiya verib, 6 nəfərdə isə xəstəliyin inkişafı dayanıb (xərçəng stabillik göstərib).

Vacib bir məqam var ki, istehsalçının sözlərinə görə hələlik sağlam toxumalara toksik effekt göstərən dərman dozaları aşkar olunmayıb. Klinik sınaqlar davam etdirilir. Mütəxəssislər vasitəni həmçinin uşaqlarda yoxlamağa ümid edirlər.

 

Mənbə: Promedonline.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR