Slimfit
  1. PSİXOLOGİYA

Yalqızlıq pandemiyası. "Karantin" insanların ünsiyyətində nələrə səbəb olacaq?

Yalqızlıq pandemiyası. "Karantin" insanların ünsiyyətində nələrə səbəb olacaq?
Sakura

Yalqızlıq pandemiyası. "Karantin" insanların ünsiyyətində nələrə səbəb olacaq?

The Guardian-ın hesablamalarına görə, koronavirus səbəbindən planetdə təxminən 1.7 milyard insana evdə qalmaq göstərişi verilib. Bunlardan başqa könüllü olaraq özünü təcrid edənlər - uzaqdan işə keçib, evdən daha az ayrılmağa çalışanlar da var. Bəs bu məcburi təklik zamanı bizdə nə baş verir? Və sona çatanda nə olacaq?

Polina deyir: "İki həmkarım artıq panika gərginliyi yaşayıb ". - Martın 13-dən bəri təcrid olunmuşuq. İtimi gəzdirmək və dünyanın hər yerindən olan müştərilər üçün apardığım vebinarlar məni xilas edir. Mən anamla yaşayıram, həmkarlarımla isə işlə bağlı nəinki zəngləşirik , həm də onlayn barda nəsə içirik. Ancaq istənilən halda canlı ünsiyyətə ehtiyac hiss edirəm, çünki - digər insanlardan enerji alıram. Qucaqlaşmadan xüsusilə çətindi! Beş ildə ilk dəfə bir görüşə getmə və ümumiyyətlə bir növ romantika yaşamaq istədim. Adətən mənim ən yaxşı dostum işdir. ”

"Mən o adamlardanam ki, ən yaxşı istirahət uzanıb seriala baxmaq və ya kitab oxumaqdır" - Katya deyir.- Əgər həftə sonu heç olmasa bir gün istirahət etməsəm , sonra bütün həftə özümü yorğun hiss edirəm. Artıq ikinci həftədir ki, özümü təcrid etmişəm və bu vaxt ərzində cəmi bir dəfə mağazaya çıxmışam. İnsanları görməyin nə qədər sevincli olduğu özümü də təəccübləndirdi.

" Çoxumuz metroda insanlara qıcıqlanırıq və özümüzü introvert (tənhalığa qapılan, kitab oxuyan, sakitlik və rahat həyata üstünlük verən xarakter tipi - red.) adlandırır. Ancaq insan özü haqqında nə düşünür düşünsün - o bir sosial heyvandır. Bizə yad üzləri görmək lazımdır, digər qəbilələrin üzvlərini varlığını hiss etməliyik" - pisixologiya elimləri namizədi Kristina İvanenko deyir - bu yolla beynimizdə məlumatın qabağına quş işarə qoyuruq: ətrafda başqa insanlar var, apokalipsis başlamayıb.

Onun dediyinə görə insan üzü görmədən iki üç gün rahat keçirmək olar, ancaq sonra daha çətin olur. Hərçənd izdihamdan bezmək də normal haldır. "Biz özümüz də fikir vermədən gördüyümüz hər bir simanı təhlil edirik. Ona görə də insanların sadəcə yanımızda olmaları enerjini yeyir" Kristina İvanenko deyir - bax buna görə adamların nə az nə də çox olmadığı kiçik Avropa şəhərlərində bizə rahat və hüzurlu idi.

Antropoloji mərkəzin sədr müavini Daria Radçenko əlavə edir - bir insanda  " mən" anlayışı " başqası" anlayışı ilə müəyyən edilir. Hətta sadəcə küçə ilə gəzərkən  biz daim fərq etmədən davranışımızı digər insanların davranışı ilə müqayisə edirik deyir o. Mən küçənin həmin tərəfi iləmi gedirəm? Həmin templə? Yoldan keçənlərə gülümsəmək, gözlərinə baxmaq olarmı? Buna görə də insanların həsrətini zaman-zaman həm tənha olanlar, həm də səs - küylü kampaniya həvəskarları çəkirlər.

Uzaqdan iş rejiminə keçən bəzilərinin tənhalıq hissi yaşamağa heç vaxtları yoxdur. "Elə hey hamı karantin dövründə hansı seriallara baxmağı yazır, mən isə anlamıram ki onlar bu vaxtı haradan tapır" Alina şikayət edir.

Ens.az saytı bildirir ki, Blombergin məlumatına əsasən, evdən iş rejiminə keçmək həmişə asan olmur, çünki insanlar evdə ofisdəkindən də çox işləyirlər. Ancaq məsələn, bərbər və ya manikur ustasi xaricdən qayıtdıqda özünü təcrid edirsə bu tamam başqa məsələdir. "Hər şeydən əvvəl maliyyə aspekti gündəmə gəlir", Darya Radçenko deyir. "İnsanlar birtəhər pul qazanmağın başqa yollarını axtaracaqlar. Tutalım, fitnes klublar bağlanmamışdan məşqçilər online məşğələlər keçirməyə başlamışdı. Buna görə burada gözlənilməz çözümlər mümkündür" . Əgər uşaqlarınız varsa, sizi də bekarçılıq və cansıxıcılıq təhdid etmir (bunun da öz çətinlikləri var), tək yaşayan və müvəqqəti olaraq işsiz qalanlardan fərqli olaraq.

Kristina İvanenko deyir ki, əvvəlcə onlar çoxdan yığılıb- qalmış işlərdən başlayacaqlar - dib dəhnədən təmizlik, şkafda səliqə yaratmaq və s. Ancaq bir müddət keçdikdə deqredasiya ehtimalı var. Buna görə də pisixoloq özünüzə bir məqsəd tapmağa çağırır:" xarici dil öyrənmək, kitabınızın ilk fəslini yazmaq, gitara çalmağı öyrənmək və s. Əgər teleqram kanallarında və boş - mənasız seriallarda ilişib qalsanız konstruktiv yola qayıtmaq çətin olacaq" deyir o. Bir sözlə, karantinə zamanın gözlənilməz hədiyyəsi kimi yanaşın.

Dostluq lentlərindəki yad adamların videogörüntü ilə keçirdikləri virtual partilərdən  olan skrinşotlar sanki köhnə xoş zamanlardaki cümə axşamlarının kafe və bar görüşlərini əvəz edir. Zoom ( hazırda həm mühazirlər həm də bayramların keçirildiyi yer) video xidmətini yaradan şirkət qiymətləri təxminən iki dəfə artırdı. Bu yaxınlara qədər insanlar zənglərin və ya səsli mesajların onları necə qıcıqlandırdığı barədə paylaşımlar edirdilər - budur artıq zəngləşməyi tərcih edirlər.

"İnsanların qeyri şifahi ünsiyyətə ehtiyacı var- gülümsəmək, göz vurmaq, əl sıxmaq, çiyninə əllə toxunmaq" - Darya Radçenko izah edir - mesenverlərdə gülüş işarələrini stiker və şəkilləri bu məqsədlər üçün yükləyirlər. Video əlaqə bunu əvəz edir, ancaq qismən. Onun sözlərinə görə, onlayn görüşlərdən olan skrinşotlar da bir səbəbə görə hazırlanır: insanlar onlara təlabat olduğunu, təklikdə olmadıqlarını göstərirlər. " İnsanların özünə inamı üçün bu olduqca vacibdir" Radçenko deyir.

Əgər özünü təcrid uzanarsa, tənha insanlara çox çətin olacaq. Xüsusilə də yaşlılara :" onlar virtual ünsiyyətə o qədər də vərdiş etməyiblər və risk qrupuna daxil olduqlarına görə ilk növbədə onlardan evdə oturmağı xahiş edirlər" .

Ancaq psixoloqlat cütlüklər üçün də asan olmayacağını bildirirlər. Martın əvvəlində "The Global Times" Çin şəhərlərindən birində boşanma hallarının artdığını yazır. Kristina İvanenko bunun başqa yerlərdə də təkrar olacağını istisna etmir. " Hərkəs on il ərzində birgə yaşadığı lakin üzünü görmədiyi şəxslə ünisyyət quracaq".

Darya Radçenko düşünür ki bir sıra ağrılı məqamlar ortaya çıxacaq - "qabları kimin yuyacağı barədə fərqli fikirlərdən başlayaraq münasibətləri qorumaq üçün hər şeyə yenidən düzən vermək lazım gələcək. Ancaq ən başlıcası, həyat tempinin aşağı düşməsi bizi necə və nə üçün yaşadığımızı düşünməyə məcbur edəcək" və bu depresiyaya, hətta intiharlara gətirib çıxara bilər.

"Xüsusilə yazda bütün nevrozlar və pisixi xəstəliklər ağırlaşır"- Kristina İvanenko deyir.

Ümumi götürdükdə, karantin birmənalı olaraq həyatı xilas etməyə kömək edir, amma eyni zamanda pisixi sağlamlığı qorumaq lazımdır." Bu nə vaxtsa bitəcək.  İlk vaxtlar mən gəzməyə çıxırdım. Bizdə meşə, çəmənliklərimiz var, özünü qapalı şəraitdə hiss etməməyə kömək edirdi. Ancaq sonra qərara aldılar ki evdən yalnız izahat yazısı ilə çıxa bilərsən- sən kimsən və hansı məqsədlə gedirsən" - Nelli danışır. Bu formanı doldurmaq  uzun işdir, ona görə evdən çölə çıxmaq istəmədim. Daha sonra ümumiyyətlə gəzmək mümkünsüz oldu.

Nelli Milandan 35 km aralıda sevdiyi oğlanın valideyinlərinə məxsus dörd mərtəbəli evdə yaşayır. Karantin elan olunanda sevgilisi İsveçrədə idi və onlardan ayrı düşdü. Nelli rəssamdır, evdə işləyir və ev rejimi yeni başlayanda ona o qədər də çətin gəlmədi. Bundan əlavə, onların baxçası var və qaydaları pozmadan çıxıb günəşdə otura bilərdi. "Ancaq vaxt uzandıqca işə köklənmək çətinləşirdi. Xəbərlər davamlı və hər yerdən gəlirdi. Yüzlərlə qurban, həkimlər xəstələnir, reanimasiyada yer yoxdu" danışır o.

İndi Nelli xəstədir. Koronavirus və ya soyuqdəymə olduğunu bilmir. Ancaq simptomlar əhəmiyyətsiz olduğundan və testlər yetərli olmadığından o, yalnız evdə qalır və həkimlə zəngləşir - bir şey yaxşıdır ki, ev yuxarı mərtəbələrdə qalan oğlanın valideyinlərindən təcrid olunmağa imkan verir.

" Özümü daha yaxşı hiss edəndə evdə və ya həyətdə idmanla məşğul olmağı planlaşdırıram deyir  O - özünü nəiləsə məşğul etmək lazımdır. Ancaq ünsiyyət çatışmazlığı hiss etmirəm - qohumlarım adi vaxtdan daha tez - tez mənə zəng edirlər."

Nelli deyir ki, italyanlar xəstəxanalarda baş verənlərdən dəhşətə gəlirlər. "Həkimlər qohumlarına yoluxmamaq üçün evə getmirlər (çoxları artıq yoluxmuşdur), daha növbələr yoxdur, bir neçə saat orada yatırlar və yenidən döyüşə girirlər" deyir. "Onlar video mesajları yazırlar və ağlayırlar, evdən çıxmamalarını xahiş edirlər!" Məlumata görə, indi İtaliya dünyanın ən "yoluxmuş" ölkəsidir - bütün infeksiyaların demək olar ki, 17% -ni təşkil edir.

Bütün çətinliklərə baxmayaraq, italyanlar bacardıqları qədər bir- birlərini dəstəkləyirlər. İnsanlar yaşlı valideyinlərinə ərzaq gətirir və torbaları içəri girib salamlaşmadan qapının ağzına qoyub gedirlər. İnsanlar eyvana çıxıb mahnılar oxuyur və tibb işçilərini alqışlayırlar. Bir-biri ilə masqalarını bölüşür və bir - birinə xoş sözlər yazırlar. Uşaqlar isə göy qurşağı çəkərək içərisinə "hər şey yaxşı olacaq" sözləri yazırlar və heç kəsin görmədiyi halda bəndlərin üzərindən asırlar.

Ekspertlərin ortaq fikrinə görə, karantindən sonra ilk vaxtlar canlı ünsiyyət bumu yaşanacaq - mütləq teatrlara, qəhvə evlərinə və sadəcə küçədə gəzməyə çıxacağıq, sonra tədricən hər şey normaya qayıdacaq. Ancaq öyrəşdiyimiz həyata qayıtmaq asan olmayacaq" Kristina İvanenko deyir- özünütəcrid - hedonizim dövrüdür: seriala baxaraq dadlı qarabaşaq yemək. Yəqin ki kimsə düşünəcək: bu necə mümkün ola bilərdi? Düşünürəm ki, biz karantindən tamamilə başqa insan kimi çıxacağıq.

Nelinin sözlərinə görə, italiyalılar "evdə qalmağın nə qədər kədərli olduğunu artıq düşünmürlər". Dəhşətli olan xəbərlərdə gördükləridir. "Bir az rahat olacağını dua edirik" deyir. - Və bilirik ki, bir gün bütün bunlar bitəcək və əsl bayram təşkil edəcəyik.

Mənbə: mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR