Dərc edildi: Baxış sayı: 570
Yalnız şagirdlərin hər şeyə qərar verdiyi sərbəst məktəb
Moderator.az xəbər verir ki, ABŞ-da yerləşən “Sudbury Valley” məktəbi dünyada tanınmış maraqlı məktəblərdən biridir. Amerika Birləşmiş Ştatlarında yerləşən məktəbdə heç bir plan yoxdur, hər kəs öyrənmək istədiklərində sərbəsdir. Kim nə istəyirsə, onu da öyrənir. Bura gələcəyin yeni məktəb modeli sayılır.
Burda müəllim yoxdur, yalnız müqavilə əsasında şagirdlərə xidmət edən presonal var. Şagirdlər istədiklərini öyrənirlər. Lazım olarsa, personaldan kömək istəyirlər. Burda imtahanlar yoxdur. Hər şeyə şagirdlər qərar verir və istəsələr heç nə öyrənməzlər.
Hər yaşdan olan uşaqlar bir arada olur və nəticədə məktəbin məqsədi şagirdləri öyrətmək yox, şagirdlərin öyrənmələrinə kömək edəcək bir kollektiv yaratmaqdır.
P.S. Maraqlısı olan odur ki, görəsən bizdə də belə bir məktəb açıla bilərmi? Təbii ki, bununla bağlı ekspertlərimizin də fikrini öyrənəciyik.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət