Yalnız olmaq daha yaxşıdır – Alimlər açıqladı
Kaliforniya Universitetinin alimləri maraqlı bir araşdırma edib. Araşdırma mövzusu yalnız, sevgilisi və ya həyat yoldaşı olmayan insanlar olub.
Minval.İnfo xəbər verir ki, Universitetin psixologiya üzrə professoru Bella Depaulanın fikrincə yalnız olmağın böyük üstünlükləri mövcuddur. Sizlərə araşdırmanın gəldiyi nəticələri təqdim edirik:
Yalnız insanların daha güclü sosial əlaqələri olur
2015-ci ildə aparılmış araşdırmada subay şəxslə evli olan cütlük müqayisə olunub və məlum olub ki, yalnız olan şəxsin qonşuları, qohumları və dostları ilə əlaqəsi evli cütlüklərə nisbətən daha güclüdür. Yalnız olan şəxs daha çox kömək qəbul etməyə və kömək etməyə meyillidir.
Yalnız insanlar daha fitdirlər
Avropadan olan 4500 insan üzəridə aparılmış araşdırmada insanların bədən kütlə indeksləri tərtib olunub. Məlum olub ki, evli insanlar evli olmayanlara nisbətən 2.27 kiloqram artıq çəkilidir.
Yalnız insanlar özlərini daha çox inkişaf etdirə bilirlər
Psixoterapist Emi Morinin sözlərinə görə, yalnız vaxt keçirmək insanlar üçün daha çox məhsuldar ola bilər.
Digər bir araşdırma, 1998-ci ildə ailələr üzrə aparılmış araşdırmanın nəticələrinə görə, yalnız insanların şəxsi inkişaf imkanları daha böyükdür və yeni ideyalara yiyələnmək ehtimalı da eyni olaraq daha çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət