Slimfit
  1. PSİXOLOGİYA

Yalanı necə dayandırmaq olar: kristal təmiz vicdana doğru 5 addım

Yalanı necə dayandırmaq olar: kristal təmiz vicdana doğru 5 addım
Sakura

Yalanı necə dayandırmaq olar: kristal təmiz vicdana doğru 5 addım

Yalan danışırıq - yaxud həqiqətdən yayınırıq, özü də demək olar ki, seks barədə düşündüyümüz qədər tez-tez. Demək olar ki. Bizim bu özəlliyimiz nə qədər təbii görünsə də, onda yaxşı bir şey yoxdur - bu vərdişdən mümkün qədər tez qurtarmaq daha yaxşıdır.

Bunu niyə edirik - özün ki, hər şeyi bilirsən. Bu, müəyyən bir mənfəət naminə olur. Hərdən həmsöhbətini manipulyasiya etməkdən zövq almaq üçün. Və ya "yalnız" - daha maraqlı görünmək, əylənmək, həqiqətən olduğundan daha diribaş olduğuna dair təəssürat yaratmaq üçün. Həm də əlbəttə ki, qorxudan: qorxduğun bir şeyin qarşısını almaq üçün də. Təbii ki, hər kəs buütün bunları bilir və uzun müddət üzərində durmağa ehtiyac yoxdur.

Baxmayaraq ki, nadir hallarda yalan danışdığımızı tuturlar, çoxları bunun səhv olduğunu, xüsusən də kişi üçün səhv olduğunu düşünürlər. Özün özünə hörmət etməyi dayandırırsan - buna bənzər bir şey.

Platonun Qiqe ilə - görünməzlik üzüyü olan bir insan haqqında məşhur bir məsəli var. Sənin elə bir üzüyün olsaydı və istədiyin şey edə bilsəydin, heç kim səni tutmazdı, gedib hamını güllələyərdin? Çətin ki, bu düz olsun, deyilmi ? Həmişə bəzi məhdudiyyətlər var.

Ümumiyyətlə, niyə yalan danışmağı dayandırmalısan- özünüz qərar ver.

Bəlkə həyatını dəyişdirmək üçün və ya bəlkə də bəzi mənəvi səbəblərə görə - "yalana görə yaşamamaq" və bu kimi şeylər, bəlkə maraq üçün, ya da bəlkə də "yalan danışmaqdan və qorxmamaqdan" bəhs edən kifayət qədər sosial reklamları gördün. Bu vəziyyətdə motivasiya o qədər də əhəmiyyətli deyil. Gec-tez hamı yalan danışmağı dayandırmağın yaxşı olduğu fikrinə gəlir. Fərqli şəkildə.

1. Olmadığın kimi görünməyə davam etmə. Və unutma: yalnız sözdə deyil, geyimdə də özünü saxlamağa, həmsöhbətin sosial vəziyyətindən asılı olaraq ünsiyyət tərzini dəyişdirməyə imkan verən bir yalan var. Ancaq yaxşı bir xəbər var. Həmişə səni sevən insanlar var ki, sosial vəziyyətinə və xüsusi fərqlənməyinə görə yox - həqiqətən və səmimi olaraq səni sevirlər. Heç bir xüsusi səbəb olmadan: Yaxşı, heç olmasa onlara yalan danışma - başlayanğıc üçün.

2. Məlum şeylər barədə yalan danışmağı dayandır, tutaq ki, sənə deyirlər ki, hansısa iş üçün son tarix 1 sentyabrdır və sən yeni ildən daha tez onun öhdəsindən gələ bilməyəcəyini bilirsən, amma həyatı çətinləşdirməmək üçün başınla təsdiq edirsən, bəli, əlbəttə deyirsən. Ancaq bu, nəinki məsuliyyətsizlik, hətta axmaqlıqlıqdır.

3. Bəziləri gündə bir dəfə güzgüyə yaxınlaşaraq özünüzə gizlətdiyiniz üç həqiqəti söyləməklə başlamağı məsləhət görür. Belə də ola bilər, amma daha da yaxşı - yalanlarının gündəliyini apar. Və yalnız yazma: bu gün bu və bu barədə yalan danışdım və onu düzəltməyə çalış - ən azı nə mümkündürsə. Zəng et və denən - eynilə, heç bir səbəb olmadan: Mən bu və bu barədə sizə yalan danışdım. Əlbəttə, çətindir. Ancaq o anda təsəvvür et ki, bu, sən deyilsən, bütün köhnə hekayəni bilməyən başqasıdır. Onun üçün önəmi yoxdur. Adətən belə bir qərar tamamilə yalan danışan insanlar tərəfindən qəbul edilir, amma öyrənməli şeyləri də var.

4. Yoldaşlarınla Skandinaviyada geniş yayılmış "Həqiqət və Nəticələr" adlı bir oyun oyna. Bu oyun zamanı hər bir iştirakçını növbə ilə seçim qarşısında qoyurlar: ya verilən hər hansı bir sualı tam dürüst cavablandırmaq, ya da imtina etsə, veriləcək tapşırığı yerinə yetirməyi öhdəsinə götürürür- həmçinin hər hansı ən iyrənc tapşırığı belə (insanlar ümumiyyətlə kifayət qədər təsəvvürə sahibdirlər, çünki tapşırıq vermək daha maraqlıdır). Bu, "həqiqət"in həmişə "nəticələrdən" daha yaxşı olduğunu başa düşməyə kömək edəcəkdir. 

5. Yalan danışmağın daha rahat olduğunu, onsuz heç nə edə bilməyəcəyini düşünmə, çünki mühərrikdəki yağ kimidir və onsuz da bütün münasibətlər tez tozlanacaq. Bütün bunlar yalnız ən son hallar üçündür: bəli, uşaqlara Şaxta babanın olmadığını, ölüm ayağında olan şəxsə - durumunun ümidsiz olduğunu, uşaq əmizdirən analara - yaşlandıqda sinəsinin yaxşı görsənməyəcəyini deməməlisiniz. Əslində bir şeydən qorxanda yalan danışırsan. Və bunları səni tutduqda - ya da sən özün bu barədə düşündükdə- hörmətsizlik hiss edirsən. Həqiqəti söyləməyi öyrənmək, hamı üçün eyni bacarıqdır və idman zalında əzələni inkişaf etdirmək kimidir . Astronavtları və pilotları paraşüt hazırlığı kursu keçirməyə məcbur edərək cəsarətli və soyuqqanlı olmağı öyrədirlər. Kosmik gəmidən tullanmaq üçün deyil, fövqəladə hallarda instinktlərin dediyi kimi hərəkət etməmək üçün. Odur ki, nə zamansa təəssüf hissi keçirəcəyini gözləmə, özündə bu bacarığı inkişaf etdirməyə başla.

 

Mənbə: mhealth.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR