Slimfit
  1. İQTİSADİYYAT

Yalan məlumat əsasında kredit götürdükdə kim məsuliyyət daşıyır?

Yalan məlumat əsasında kredit götürdükdə kim məsuliyyət daşıyır?
Sakura

Yalan məlumat əsasında kredit götürdükdə kim məsuliyyət daşıyır?

Problemli kreditlərin səbəblərinin araşdırlması zamanı gecikmənin səbəblərdən birinin də kredit götürülən zaman kredit götürən tərəfin banka şişirdilmiş məlumatlar təqdim etməsi olduğu müəyyən olunub. Belə hallarda həm ayrı-ayrı şəxslər həm də şirkətlərin gəlirləri haqqında banka həqiqətə uyğun olmayan məlumatlar təqdim olunduğu təsbit edilib.

Fins. az şirkətin müdiri banka dövriyyə haqqında şişirdilmiş məlumatlar təqdim edərək kredit alıbsa bu halda məsuliyyəti krediti verən bank əməkdaşının yoxsa yalan məlumatlar verən şirkət və onun direktorunun məsuliyyət daşımasına aydınlıq gətirir.

Cinayət Məcəlləsinin 195-ci maddəsinə əsasən. (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) bu halda əsas məsuliyyəti şirkət müdiri daşıyır. 

195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda

Cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR