Yakov Polonski - rus şairi, etnoqrafı, dövlət məmuru
Polonski Yakov Petroviç (1819, Ryazan - 1898, Peterburq) — rus şairi, etnoqrafı, dövlət məmuru.
Polonskinin şeirləri Rusiyada çox məşhurlaşmış, onun sözlərinə romanslar bəstələnmişdir ("Qaraçı qızının mahnısı" bu günə kimi xalq mahnısı kimi ifa olunur). O, 1840-1850 illərdə Qafqazda İmperator dəftərxanasında çalışmış, rəsmi dövlət orqanı olan "Zaqafqazskiy vestnik" qəzetinin redaktor müavini olmuşdur.
Tiflisdə yaşadığı illərdə Qafqaz xalqlarının tarixi və məişəti ilə maraqlanmış, bir çox gürcü və azərb. şairləri, musiqiçiləri ilə dostluq əlaqələri saxlamışdır. Bu illərdə Polonski folklor motivləri ilə zəngin olan şerlərini yazmış və "Sazandar" adlı şeirlər kitabını (1849) nəşr etdirmişdir. Y.Polonski azərb. xanəndə Səttara şeirlər həsr etmiş, onun təsirli səsini və ifasını öz şeirlərində tərənnüm etmişdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət