Slimfit
  1. MARAQLI

Yahşi Kafe: Ankaranın mərkəzində Azərbaycan yeməkləri

Yahşi Kafe: Ankaranın mərkəzində Azərbaycan yeməkləri
Sakura

Yahşi Kafe: Ankaranın mərkəzində Azərbaycan yeməkləri

“Yahşi” kafe Türkiyənin paytaxtı Ankaranın mərkəzində fəaliyyət göstərir. Burada Ankaradakı azərbaycanlılar, şəhərin sakinləri və Azərbaycan yeməklərini dadmaq istəyən qonaqlara zəngin Azərbaycan mətbəxi təqdim olunur.

Bura Azərbaycandan gətirilən mixəkli, hilli, kəklikotulu çayın mürəbbə, “Napoleon” və “Ballı” tortlarla içildiyi yerdir.

Bura Azərbaycanın plovu, aş qarası (musamması), dolması, dovğası, şorbası, kotleti, əsil “Paytaxt” salatı, kampotu və borşun hazırlandığı yerdir.

Bura qutab, perojki və Azərbaycan yarpaq xəngəlinin bişirildiyi yerdir.

Qısası, bura Azərbaycandan uzaq Azərbaycan yeməklərinin azərbaycanlılar və yerli sakinlərə təqdim edildiyi yerdir.

Ankaranın Bahçeli 7-ci prospektində (7-ci cadde) 46K-da yerləşən “Yahşi” kafedə yeməkləri Azərbaycandan gələn aşbaz xanım hazırlayır, azərbaycanlı tələbələr isə qonaqlara təqdim edir.

Türkiyədə Orta Şərq Texniki Universitetində (OTDÜ) təhsil alan azərbaycanlı tələbələr Samir, İlkin və Təhmasibin açdığı bu kiçik kafe bir neçə aydır fəaliyyət göstərir. Gənclər qapılarına gələn hər qonağı qarşılamaq, ləzzətli yeməklərlə təmin etmək və səmimi üz göstərmək kimi gözəl və yaxşı keyfiyyətlərə malikdirlər.

Azərbaycanın Ankaraya gələn tanınmış insanları – universitet müəllimləri, ictimai nümayəndələri, tələbələri də bu kiçik məkanda sevərək görüşür, gənclərə dəstək olmağa çalışır, “Yahşi” kafenin daha yaxşı olmasını istəyirlər.  

Azərbaycan və Türkiyənin tanınmış müğənnisi Azərin təəssüratını belə bölüşür: “Həmyerlilərimin kafesində oldum. Yenidirlər, amma çox həvəslidirlər. Azərbaycan yeməklərinin Ankarada gün boyu təqdim olunması xoş bir haldır. Mənim əzizlərim, Ankaraya yolunuz düşərsə,  Bahçelievlərdəki "Yahşi” kafeyə gəlin, Azərbaycan mətbəxinin ləzzətli yeməklərini yeyin, gənclərin gülərüzlü təqdimatında kəklitolulu Azərbaycan çayını için. Əhvalınız xoş, üzünüz gülər, əlaqələriniz səmimi olsun”.

Ad günləri və müəyyən əlamətdar günləri qeyd etmək istəyənlər “Yahşi” kafedə görüş təyin edir, bir araya gəlirlər. Hətta bir neçə dəfə Azərbaycandan gələn Möhsün və Arzu Qurbani öz musiqi qrupları ilə birlikdə etdikləri ifalarla gələnlərə canlı musiqi bəxş etmişdi.  

İdman həvəskarları “Yahşi” kafedə Azərbaycan və Türkiyə matçlarını da birlikdə seyr edir, birlikdə izləyir, birlikdə sevinir, birlikdə həyəcanlanır, hər iki ölkənin bayraqlarını başları üstündə birlikdə yellədirlər.

Mütaliə edənlər üçün də “Yahşi” kafe münasib yerdir.

Azərbaycan abu-havalı kafedə Azərbaycanın xalq, klassik və müasir mahnıları, rəqslərinin sədaları altında çay içmək, yemək yemək, bir sözlə, Azərbacandan uzaqda Azərbaycanı yaşamaq mümkündür.

Mənbə: TRT Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR