Dəyişkən yağışlı hava, daim dəyişilən meteoşərait insanda stresin inkişafına və immun sistemin zəifləməsinə səbəb olur. Bu hal insanda olan xroniki xəstəliklər kəskinləşməsinə gətirib çıxarır. Femida.azsizə kəskinləşən xroniki xəstəliklər haqqında məlumatı təqdim edir:
Ürək-damar sistemi xəstəlikləri Payızda arterial təzyiqə, düzgün qidalanmaya, güclü fiziki və emosional gərginliklərdən uzaq olmağa fikir vermək lazımdır.
Tənəffüs sistemi xəstəlikləri
Hərarətin kəskin enməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə xəstəliklərin inkişafına əlavə təkan verir.
Həzm sistemi xəstəlikləri
Payızda qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır.
Artrit və artroz
Soyuq havalarda oynaqda ağrı, oynağın şişməsi, oynaqda hərəkətliliyin azalması kimi simptomlar meydana çıxır. Profilaktika məqsədi ilə daha isti geyinmək, tamdəyərli qidalanmaq, C vitamini qəbul etmək lazımdır.
Psixoloji pozulmalar
Payız aylarında insanlar depressiya və stressə meyilli olur. Bu halların profilaktikası üçün daha çox açıq havada gəzmək, idman və bədən tərbiyəsi ilə məşğul olmaq, tamdəyərli qidalanmaq lazımdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət