Slimfit
  1. CƏMİYYƏT

Yağış sularının adaya döndərdiyi qəsəbə

Yağış sularının adaya döndərdiyi qəsəbə
Sakura

Yağış sularının adaya döndərdiyi qəsəbə

Ens.az xəbər verir ki,kanalizasiya xəttlərinin olmaması Binəqədi qəsəbəsində bəzi küçələri keçilməz hala salıb. Sakinlər deyir, yağış yağanda bura sanki adaya çevrilir.  Söhbət Binəqədi qəsəbəsi, I mədən, 42-ci korpusdan gedir. Space TV-nin məlumatına görə, ərazinin çökək olması ətraf küçələrdəki suların da axıb bura yığılmasına səbəb olur. Sakinlər bildirir ki, kanalizasiya xəttləri çəkilərsə, problem həllini tapar.

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə üz tutduq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı məsələdən xəbərdar olduqlarını bildirdi. Qeyd etdi ki, hazırda Binəqədi qəsəbəsinin su-kanalizasiya sisteminin yenilənməsi layihəsinin icrası davam edir.

Hər iki tərəfi dinlədik. Problemin həll edilməsi üçün bir qədər də səbr lazım olacaq. Necə deyərlər, yüzə dözən, yüz birə də dözər. Mövzuya qayıdacağıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR