Dərc edildi: Baxış sayı: 605
Yaddaşınızın güclü olması üçün bu ərzaqdan istifadə edin
Sinqapur alimlərinin apardıqları araşdırmada 60 yaşdan yuxarı 600 insan iştirak edib. Onlar iştirakçıların qidalanma və sağlamlıq vəziyyətlərini 2011-2017 il arasında müşahidə ediblər. Məlum olub ki, qida rasionuna göbələk daxil edən insanlarda koqnetiv xəstəliklərdən daha az əziyyət çəkiblər. Həftədə bir dəfədən az göbələk yeyən insanlar isə daha çox yaddaş və qavrama problemi yaşayıblar.
Medicina.az bildirir ki, bunun səbəbi göbələyin tərkibində olan neyroprotektiv effektə malik olan antioksidant maddələrin olmasıdır.
Söhbət erqotionin antioksidantından gedir ki, bu maddə iltihab əleyhinə effektə malikdir. Bu maddə təbiətdə çox az yayılıb. Göbələyin tərkibində yalnız bu maddə yoxdur. Bu ərzaq təbii D vitamini, selenspermidin birləşmələrinin qaynağıdır ki, bu maddələr neyronları zədələnmədən qoruyur.
Ekspertlər bildirirlər ki, qida rasionuna göbələk daxil etmək beyinin işini yaxşılaşdırır və yaddaşı yaxşılaşırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət