Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yaddaş azalmasının əlamətlərini bilmək vacibdir

Yaddaş azalmasının əlamətlərini bilmək vacibdir
Sakura

Yaddaş azalmasının əlamətlərini bilmək vacibdir

Yaddaş azalması demans adlanır. Yaddaş azalmasının altında Alzheimer xəstəliyi, insult, beynin degenerativ xəstəlikləri, Parkinson xəstəliyi, beyin şişi, ensefalit (beyin iltihabı), beyin travması kimi ciddi beyin xəstəlikləri ola bilər. SİA-nın məlumatına görə, demansa səbəb olan beyin xəstəlikləri arasında geniş yayılan Alzheimer xəstəliyi xüsusi yer tutur. Ona görə də əlamətlərini bilmək vacibdir. 65 yaşdan sonra insanların təxminən 10 faizində bu xəstəlik ortaya çıxır. Xəstəlik zamanı beynin yeni məlumatları öyrənmə potensiyalı azalır. Alzheimer xəstəliyi zamanı xəstənin iş, şəxsi, sosial həyatında gedərək artan ciddi problemlər yaranır. Bəzən evin içində otaqları səhv salma, evin yolunu tapmamaq, illərdir yaşadığı bölgədəki məkanları qarışdırmaq xəstəliyin ilk əlaməti ola bilər. Səbəbindən asılı olmayaraq hansı növ demans olursa-olsun beynin yaddaşla və yeni məlumatları öyrənməklə bağlı bölgələrinin normal fəaliyyəti pozulmuş olur. Diaqnozun erkən qoyulması üçün qətiyyən gecikməmək lazımdır. Müalicə tez başlanarsa, xəstəliyin irəliləməsinin qarşısını almaq və ya zəiflətmək mümkündür.

Hansı unutqanlıqlar təhlükəlidir və həkimə müraciət edilməlidir?

Evdə və ya işdə hər gün edilən işləri etməkdə çətinlik yaranarsa;

Yaxın adamların adlarının və kim olduqları xatırlanmırsa;

Oğul ata, qız ana kimi zənn olunursa;

Yaxın zamanda baş verənlər yaddan çıxır, keçmişdəki hadisələr dəqiqliklə xatırlanırsa;

Eyni suallar təkrar-təkrar soruşulursa;

Qısqanclıq, şübhəçilik, inadkarlıq kimi davranışlar varsa...

Yaddaş azalması ilə müraciət edən şəxslərə yaddaş, diqqət, problem həll etmə, qərar vermə testləri kimi əlavə müayinələri də edilməlidir. Gənc və orta yaşlılarda görülən tədbirlər beyini yaşlılıq zamanı qarşılaşa biləcəyi xəstəliklərdən qorumuş olur. Demans şübhəsi ilə müraciət edənlərdə laborator analizlər də aparılmalı, eyni zamanda beynin yaddaşla bağlı bölgələri funksional və radioloji müayinə edilməlidir. Bundan sonra erkən diaqnoz qoyub müalicəsiylə məşğul olmaq lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR