Slimfit
  1. MƏDƏNİYYƏT

“XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək"

“XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək"
Sakura

“XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək"

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi “XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihəsi çərçivəsində Azərbaycanın Rus İcmasının Yanında Rus Mədəniyyət Mərkəzində olublar. SİA-nın məlumatına görə, kitabxananın direktoru Oruc Quliyev görüşün əsas məqsədinin birgə əməkdaşlıq, müxtəlif layihələrdə, kütləvi tədbirlərdə bərabər iştirak, Azərbaycan və Rusiya Gənclər Kitabxanalarının sıx əlaqələr saxlaması, layihənin adından göründüyü kimi öyrənmək və öyrətmək olduğunu bildirib. Oruc Quliyev həmçinin, bu il 90 yaşı tamam olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının tarixi, fəaliyyəti, oxucuları, kitab fondu haqqında da məlumat verib.

Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova mərkəzin 25 ilə yaxın fəaliyyət göstərməsindən, müxtəlif layihələrdə uğurla iştirakından, təşkilatlarla birgə əməkdaşlığından danışıb kitabxana kollektivini tədris otaqları, musiqi studiyası, akt zalı, kitabxana, kütləvi tədbirlər zamanı rəqslər, səhnəciklərlə çıxış etmək üçün dünya xalqlarının milli geyimlərindən ibarət zəngin qarderobu ilə tanış edib. Bildirib ki, mərkəzə üç yaşdan yuxarı milliyyətindən asılı olmayaraq bütün vətəndaşlar müraciət edə bilirlər. Azyaşlılar məktəbə hazırlıq, yuxarı yaş qrupuna malik olanlar fransız, ingilis və sair xarici dil kurslarında məşğul olurlar. Qalina Manafova Azərbaycan kitabxanaları ilə mərkəzin əməkdaşlıq etdiyini və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında iki dəfə elmi-praktiki konfransda iştirakını xüsusi vurğulayıb.

Azərbycan və Rusiya Gənclər Kitabxanalarının yeni standartlara uyğun tərtibatı, beynəlxalq təcrübələr, birgə əməkdaşlığın səmərəliyi mövzusunda davam edən görüşün sonunda Oruc Quliyev Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının adından Azərbaycanın Rus İcmasının Yanında Rus Mədəniyyət Mərkəzinə “Энциклопедия Азербайджанского мугама” kitabını hədiyyə verib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR