Slimfit
  1. TARİXDƏ BU GÜN

XX əsr Azərbaycanın qadının nümunəsi - Sara Aşurbəylinin anım günüdür

XX əsr Azərbaycanın qadının nümunəsi - Sara Aşurbəylinin anım günüdür
Sakura

XX əsr Azərbaycanın qadının nümunəsi - Sara Aşurbəylinin anım günüdür

XX əsr Azərbaycan qadınının nümunəsi, millәtin qüruru sayılacaq, әmәkdar elm xadimi, tarixçi-alim Sara Aşurbәylinin anım günüdür. Bu gün onun vəfatından 18 il ötür.

Aşurbәyovlar ailәsindә 6 övladdan ilki olan Sara 1906-cı il yanvar ayının 27-dә Bakıda anadan olub. Neft sənayeçisi ailəsində dünyaya göz açıb. Ailәsinin maddi durumunu nәzәrә alanda әksәriyyәtinә elә gәlirdi ki, onun çox xoşbәxt vә firavan hәyatı olacaq. Amma Sara çoxlarının zәnn etdiyi kimi heç dә baһalı həyat yaşayan milyonçu uşağı deyildi. Çünki Aşurbәylilәr zəngin olsa da, həmişə elmi, ictimai vә xeyirxahlıq fәaliyyәti ilә tanınmış nәsil olublar.

Onun gəncliyi fırtınalı illərə təsadüf edir. 1917-20-ci illər hadisələri ailənin İstanbula getməsi ilə nəticələnir və o, orada Janna Dark adma fransız kollecini bitirir. 1925-cı ildə ailə Bakıya qayıdır və bundan sonra ailənin məşəqqətli günləri başlayır, ailə təqiblərə məruz qalır. Sara xanımın atası Balabəy Aşurbəyov və əmisi Əli bəy həbs olunur və xalq düşməni damğası vurularaq güllələnirlər. Sara xanım xalq düşməni qızı kimi özü uzun müddət təqiblərə məruz qalır.

 

Sara xanımın zadәganlığı, alicәnablığı, elmә vә ümumilikdә Azәrbaycanın tarixinә, mәdәniyyәtinә sonsuz mәhәbbәti var idi. Sara xanım Aşurbәyovlar soyadına vurulan nahaq damğaya baxmayaraq adına vә nәslinә layiq bir tәrzdә öz fәaliyyәtini davam etdirirdi. Atası, anası, әmisi vә yeganә qardaşı Rәşadın ölüm xәbәri vә bu sәbәbdәn yaşadığı ağrılı hәyat tәrzinә baxmayaraq, o sınmırdı. Üzәrinә düşәn ailә qayğılarını qarşılamaq nә qәdәr çәtin olsa da, uşaqlıqdan marağında olduğu tarix sahәsindә fәaliyyәt göstәrmәkdәn vaz keçmirdi. Mıhz bundan sonra onun ümumilikdә Azәrbaycanın tarixinә dair fәaliyyәti başladı.

Әcnәbi dillәri bilmәsi Sara xanımın әlindәn tutsa da, buna görә onu casusluqda ittiham edәnlәr oldu. Dalbadal doğalarının hәbsi vә qәtlә yetirilmәsi Sara xanımın hәyatındakı son sınaqlar deyildi. O, xalq düşmәnin qızı kimi işdәn dә azad edilir. Bu arada ailә hәyatı quran Sara xanımın hәyat yoldaşı Mövsüm Salamov da 1937-ci ildә sürgünә göndәrilir. Hәyat yoldaşının hәbsi gәnc qadın üçün nә qәdәr ağır olsa da, Sara onun geri dönmәsini sәdaqәtlә gözlәyir. Nəhayət 8 ildən sonra əri geri dönür, amma yanında başqa bir qadınla. Sara xanım qürurlu bir qadın üçün bu xәyanәti qәbul etmәk mümkünsüz idi. O, hәyat yoldaşından ayrılır.

Sara xanım 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Pedaqoji İnştitutunun Xarici dillər fakültələrini bitirib. Ali təhsilini başa vurduqdan sonra o, Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoji İnstitutunda, Azərbaycan Tarixi muzeyində, AMEA-nın Şərqşünaslıq, Tarix İnstitutlarında müxtəlif vəzifələrdə çalışıb.



Onu Azərbaycan tarixşünaslığında əbədi yaşadan onun qədim Bakının (İçərişəhərin) tarixi ilə bağlı tədqqatlarıdır. Orta əsrlər Azərbaycan şəhərləri tarixinin ilk araşdırıcılarından olan Aşurbəylilər nəslinin ən görkəmli təmsilçilərindən biri olan Sara xanım Azərbaycanın və Bakı şəhərinin tarixinin ümummilli səviyyədə tədqiqinə misilsiz töhfələr verib. O, Bakının tarixini əks etdirən çox qiymətli tədqiqatların - tarix, mədəniyyət və incəsənətə dair dəyərli məqalələrin müəllifidir. Sara xanımı Azərbaycan tarixşünaslığında əbədi yaşadan onun qədim Bakının (İçərişəhərin) tarixinə dair tədqiqatlarıdır. Bu əsərlərdə Bakının yaranma tarixi, orta əsrlər Bakısının siyasi tarixi, mədəniyyəti, sosial mühiti əks olunub. Sara xanımın aldığı Avropa təhsili onun elmi fəaliyyətində ona yardımçı olur. Avropa dillərini mükəmməl bilməsi fundamental “Şirvanşahlar Dövləti” əsərinin yazılmasında ingilis, fransız dilli mənbələrin tədqiqata cəlb olunmasına kömək edir. Sara xanımın şərq dillərini bilməsi ərəb, fars dilli mənbələrdə Şirvanşahların tarixinə dair kifayət qədər maraqlı və orijinal sənədlərin tədqiqata cəlb olunması əsərin mənbəşünaslıq bazasını daha da zənginləşdirir. Nə ondan əvvəl nə də ondan sonra bu problemi qədər geniş, dolğun tədqiq edən olmamışdı. Bakı tədqiqatçısı, əsl elm fədaisi, Azərbaycan tarix elminin sütunlarından biri olmaqla, özü Azərbaycan xalqının milli sərvətinə çevrilmiş Sara xanım Aşurbəyli bütün ömrü boyu vətənpərvər bir ziyalı olaraq qalıb. O, özünün yüksək intellektini Azərbaycan xalqının rifahı, onun tarixi, mədəniyyəti naminə tətbiq etməyə çalışırdı.

O, “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir. Sara xanım ilk və yeganə tarixçidir ki, öz həyatını Bakı və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr etmişdir. Bu əsərlərdə Qədim Bakının yaranma tarixi, orta əsr Bakısının siyasi tarixi, mədəniyyəti, sosial münasibətləri əks olunub.

Bu tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə, 1966-cı ildə tarix elmləri doktoru adına layiq görülüb. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət Mükafatı laureatı, "Şöhrət" ordeni və respublikanın əməkdar elm xadimi adı ilə mükafatlandırılıb, Xəzər Universiteti nin Fəxri Doktoru adını almışdır. 1993-cü ildən ömrünün sonunadək AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışıb.

Azәrbaycan dövlәtinin әn ali mükafatı sayılan "Şöhrәt ordeni" mükafatına isә Sara xanım 1996-cı ildә 90 illik yubileyi әrәfәsindә layiq görülür. Tәntәnәli şәkildә qeyd olunan yubiley mәrasimindә Sara xanımı daha çox qürurlandıran isә bu mükafatı ona birbaşa Heydәr Әliyevin tәqdim etmәsi olur.

Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında Bakıda vəfat edib.



2001-ci il iyulun 17-dә 96 yaşında vәfat edәn Sara Aşurbәyliyә - " Sizin ömrünüz һeç dә sadә bir insan ömrü olmayıb, nә vaxtsa memuar yazacaqsınızmı?" sualanı verәndә görkәmli tarixçi belә cavab verir:

"Bilirsiz, mәn bәlkә dә һeç nә yazmayacam. Çünki mәnim ömrüm doğmalarımın itkisi, dövrün vә insanların әdalәtsiz münasibәtlәri, xәyanәtlәriylә dolu keçib. Bunları yazmaq o һadisәlәri yenidәn yaşamaq demәkdir. Mәn bunu bacarmaram..." Bu taleyin әn sәrt zәrbәlәri qarşısında belә әyilmәyәn, bütün ömrünü Azәrbaycan tarixinә һәsr edәn, tәkcә öz ömrünü yox bütöv bir millәtin ömrünü vә onun ağrı-әzablarını yaşayan Sara xanımın ilk vә son son etirafı idi. Onun öz ağrılı vә һәm dә qürurlu һәyat yolundan bәһs edәn memuarlar yazmağa eһtiyacı da qalmadı. Çünki onun әvәzindәn tarix özü bunu һәyata keçirdi. Heç vaxt silinmәyәcәk sәһifәsinә Sara Aşurbәyli adını әbәdi yazmaqla!

Sara xanım Aşurbəyli bütün ömrü boyu Azərbaycan vətənpərvəri olaraq qalırdı. O, özünün yüksək intellektini Azərbaycan xalqının rifahı, onun tarixi, mədəniyyəti naminə tətbiq etməyə çalışırdı. Sara xanım Aşurbəyli XX əsrin inqilabdan əvvəlki, sovet və postsovet dövrlərindəki Azərbaycan qadınının yeni obrazının təcəssümü idi. Neçə-neçə nəsillər Sara xanımın qoyub getdiyi zəngin elmi mirasdan bəhrələnəcəklər.

Hazırladı: Amin Nəzərli

Qeyd: Məqalədə vikipediya və digər internet resurslarındakı mənbələrdən istifadə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR