Slimfit
  1. AZƏRBAYCAN

Xüsusi iqtisadi rejimin pozulmasına səbəb olan halların sayı artırılır

Xüsusi iqtisadi rejimin pozulmasına səbəb olan halların sayı artırılır
Sakura

Xüsusi iqtisadi rejimin pozulmasına səbəb olan halların sayı artırılır

İşsizlikdən sığorta haqlarının azaldılması xüsusi iqtisadi rejimin pozulmasına səbəb olan hal sayılacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn keçirilən iclasında müzakirəyə çıxarılan “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”  qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Podratçılar və subpodratçılar onlara tətbiq edilən xüsusi iqtisadi rejimin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Layihəyə əsasən, ödənilməli olan işsizlikdən sığorta haqlarının azaldılması və ya bundan yayınmaq məqsədi ilə xüsusi iqtisadi rejimlə verilən imtiyazlardan qeyri-ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsində istifadə edilməsi xüsusi iqtisadi rejimin pozulmasına səbəb olan hal sayılacaq.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR