Slimfit
  1. ƏDƏBİYYAT

Xurşidbanu Natəvan - Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm

Xurşidbanu Natəvan - Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm
Sakura

Xurşidbanu Natəvan - Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm

Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,
Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.

Görübdür yari əğyarə olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə, mənim abad olan könlüm.

Niyə peymanədən kecdin, niyə zəncirdən qacdın?
Nədəndir collərə duşdun, mənim bərbad olan könlüm?

Fəraqin ruzi-məhşərdir, sərasər möhnətü-qəmdir.
O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm.

Baxın bu Natəvan zarə, gunu bəxtim kimi qarə,
Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR