Slimfit
  1. ƏDƏBİYYAT

Xurşidbanu Natəvan - Yanar canım, oğul, daim sənin nari-fəraqında

Xurşidbanu Natəvan - Yanar canım, oğul, daim sənin nari-fəraqında
Sakura

Xurşidbanu Natəvan - Yanar canım, oğul, daim sənin nari-fəraqında

Yanar canım, oğul, daim sənin nari-fəraqında,
Necə pərvanələr hər dəm yanar şemin ayağında.

Güli-ruyün hevasilə çxxar efiakə əfğanxm,
Olur bülbül nəvasx gül fəraqü iştiyaqında.

Sənin vəslin xəyaliyle gözü könlüm gezər daim 
Ki, çün Mecnuni-sərgəştə, gezer Leyla sorağında.

Nəhali-qametin zikri mənim virdi-zebanımdır,
Demadem naleyi-qumri olur sərvin budağında.

O şirin ləblərin şövqü günü gündən olur əfzun,
Əgər Fərhad tək yüz il dolansam hicr dağında.

Hərisəm bəs ki,oI şirinzebanın zikrinə hərdem,
Olur xoş nitqli tuti, şəkər olsa dəmağında.

Sənin hicrin odu, Abbas, dəxi, çıxmazki canımdan, 
Seməndər tək yanar daim anan nari-feraqında.

Uçub şəhbaz tək könlüm, gəzerdi vəsl bağında,
Pərü balını sındırdı fələk, bu pir çağında.

Gözümdə tardır dövran, məhü xurşidi-nurefşan, 
Məhaq içrə olub pünhan, sanasan çərx tağında.

Sirişkim birlə kim, xali deyildir qametin gözdən,
Nə tez düşdü təravətdən o sərvin su qırağmda.

Nolaydı kur olaydım, görməyəydim gül kimi cismin, 
Qalıbdır tirə xak içrə, məzann gün qabağında.

Könüldə həsrətim qaidı, məzann heyf kim, bir dəm 
Səni ta görmədim xürrəm, oğul, damad otağmda.

Nədəndir intizar ilə, o şəhla göz baxar heyran, 
Gözüm ol gözlərə qurban, baxar ahu sayağında.

Həmişə zarii dilməhzun, tökər gözdən sirişki-xun, 
Perişan hal ilə daim, qəmü mehnət bucağında.

Qəmi-hicran edib tüğyan, qalıbdır Natəvan suzan, 
Rəvan eşki-besər her yan olan gözlər bulağında.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR