Dərc edildi: Baxış sayı: 660
Xurşidbanu Natəvan - Nə yaxşı munis idi, heyf, nagəhan getdi
Nə yaxşı munis idi, heyf, nagəhan getdi,
Məni bu mohnət əra qoydu əlaman getdi.
O sərvi-nazdan ayrı baxarmı sərvə gözüm?
Hilal tək qədimi eylədi kəman, getdi.
Unutdu gullərini, qıldı xaniman tərkin,
Nə baxdı yarlərə, cəkdi olaman getdi.
Nə oldu ariz əya, bağiban, bu gülşəndə,
Acılmadı bu bahar gulləri, xəzan getdi?
Nə tapdı ləzzəti-işrət, nə gördü gülzarı,
Bahar fəslində, yaran, bu növcavan getdi.
Məni bu mohnət əra qoydu didəsi giryan,
Bəlayi-hicrə salıb, qoydu bağrı qan, getdi.
Məzarın üstə gəlib əylənim dəmadəm, oğul,
Deyərmisən ki, nə növ ilə Natəvan getdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət