Slimfit
  1. MƏDƏNİYYƏT

Xum - dünyanın ən kiçik şəhəri

Xum - dünyanın ən kiçik şəhəri
Sakura

Xum - dünyanın ən kiçik şəhəri

Dünyada ən balaca şəhər olan Hum Xorvatiyada yerləşir. 2011-ci ilin nəticələrinə əsasən burada cəmi 23 insan yaşayır. Orta əsr divarlarının əhatəsində yerləşən şəhər dünyanın ən kiçik şəhəri kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq şəhərin özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi var.

Ens.az xəbər verir ki, Xum kifayət qədər qədim şəhərdir və onun haqqında ilk xatirələr 1102-ci ilə gedib çıxır. İstrian yarımadasının mərkəzi hissəsində, təpələrin birinin zirvəsində, 349 m yüksəklikdə yerləşir.

Rəvayətə görə, Hum böyük daşlardan nəhəng insanlar tərəfindən inşa edilmişdir. Bura XI əsrdə şəhər statusunu almışdır. Ötən əsrin 40-cı illərində burada 450 nəfər yaşayırdı.

Şəhərdə XII əsrin freskaları mükəmməl şəkildə qorunur. Bundan əlavə, 13 ev, 2 küçə, 2 məbəd, bir muzey, bir mağaza, poçt şöbəsi, qəbiristanlıq, restoran və otel var. Hər ilin iyun ayının ortalarında şəhərdə bələdiyyə seçkiləri keçirilir və yalnız kişilər iştirak edir. Prosedur rəqs festivalı ilə başa çatır.

Burada yerləşən restoranda qədim Keltlərin reseptinə əsasən, dərman bitkikəri qarışığından ev şəraitində hazırlanan 38 dərəcəlik spirtli içki təqdim olunur. Yerli sakinlər bu reseptin 2 min ildən çox yaşı olduğunu iddia edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR