Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Xroniki yorğunluq sindromu – Əvvəlcə qrip kimi yayılır, sonra ciddi xəstəliyə cevirilir...

Xroniki yorğunluq sindromu – Əvvəlcə qrip kimi yayılır, sonra ciddi xəstəliyə cevirilir...
Sakura

Biz çox insanlar var ki, gecələr və günortalar doyunca yatmalarına baxmayaraq, yenə də yorğunluqdan…

Biz çox insanlar var ki, gecələr və günortalar doyunca yatmalarına baxmayaraq, yenə də yorğunluqdan şikayətlənirlər. Əslində, yorğunluq kimi meydana çıxan bu hal ciddi xəstəliklərin xəbərçisi ola bilər. 
 
Medicina.az xroniki yorğunluğun meydana çıxma səbəblərini araşdırıb. 
 
Xroniki yorğunluq sindromunun digər adla Yappi qripi və Koreya xəstəliyi də adlanır. Həqiqətən də, ən əvvəl xroniki yorğunluq sindromu adi qrip kimi inkişaf edir, amma onun əlamətləri aylarla çəkir, əzələlərdə ağrı, sinir sisteminin zədələnməsi, yuxusuzluq, halsızlıq, həssaslıq, konsentrasiyanın və diqqətin itirilməsi, subfebril temperatur (37,1-38,6°), limfa düyünlərinin böyüməsi ilə müşayiət olunur. Bu xəstəliyin əsas əlaməti mütəmadi müalicəyə və istirahətə baxmayaraq, yarım il ərzində insanda bədbinlik və fiziki yorğunluğun müşahidə olumasıdır.  
 
Çox zaman xroniki yorğunluqdan əziyyət çəkən şəxslərin orqanizmlərində Epşteyn Barra, Herpes, sitomeqalovirus, xlamodiya, mikoplazma, ureoplazma, hepatit C  viruslarına da rast gəlinə bilər.  Həmçinin bu xəstəliyin inkişafı üçün xroniki stress, çirklənmiş ekologiya, az və keyfiyyətsiz qidalanma, hipotireoz, böyrəküstü vəzin çatlşmazlığı, sinir pozğunluğu, depressiya kimi hallar da rol oynayır.  
 
Xroniki yorğunluq sindromunun müalicəsi zamanı infeksiya ilə mübarizə üçün antibiotiklərdən, antidepressantlardan, vitaminlərdən, bioəlavələrdən və oksigen donorlarından istifadə edilir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR